İndi onun qabağına qaçıb soruş: “Necəsən, yaxşısanmı, ərin və oğlun yaxşıdırmı?”» O gedib soruşdu. Qadın dedi: «Yaxşıyıq».
İKİNCİ PADŞAHLAR 4:26
Gündəlik İşıq

İndi onun qabağına qaçıb soruş: “Necəsən, yaxşısanmı, ərin və oğlun yaxşıdırmı?”» O gedib soruşdu. Qadın dedi: «Yaxşıyıq».
İKİNCİ PADŞAHLAR 4:26
«İman etdim, buna görə danışdım» deyə yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz də iman edir və buna görə danışırıq.
2 KORİNFLİLƏRƏ 4:13
Sanki naməlumuq, amma tanınırıq. Elə bil ölümün ağzındayıq, amma hələ yaşayırıq. Elə bil cəza çəkirik, amma öldürülmürük. Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
2 KORİNFLİLƏRƏ 6:9-10
gah ucalıb gah alçalaraq təhqir olunanda, təriflənəndə özümüz özümüzə zamin dururuq. Bizi yalançı sayırlar, amma biz doğruçuyuq. Sanki naməlumuq, amma tanınırıq. Elə bil ölümün ağzındayıq, amma hələ yaşayırıq. Elə bil cəza çəkirik, amma öldürülmürük. Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
2 KORİNFLİLƏRƏ 6:8-10
Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi: «Mən aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mənim xalqım olacaq». Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm». «Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir.
2 KORİNFLİLƏRƏ 6:16-18
Mən ağsaqqaldan həqiqətə görə sevdiyim əziz Qaya salam! Ey sevimli, dua edirəm ki, canın uğurlu olduğu kimi özün də hər cəhətdən uğurlu və sağlam olasan. Bəzi qardaşlar gəlib sənin həqiqətə bağlılığına, yəni həqiqətə görə həyat sürdüyünə şəhadət edəndə mən çox sevindim. Mənim üçün öz övladlarımın həqiqətə görə həyat sürdüyünü eşitməkdən böyük sevinc ola bilməz. Ey sevimli, sənə hətta yad olduqları halda qardaşlara xidmət etməkdə sədaqət göstərirsən. Onlar cəmiyyətin qarşısında sənin məhəbbətin barədə şəhadət ediblər. Sən onları Allaha layiq bir tərzdə yola salarkən yaxşı iş görəcəksən. Çünki onlar imansız olanlardan heç nə götürmədən Onun naminə yola çıxdılar. Beləcə biz həqiqət işində həmkar olmaq üçün bu cür adamlara dayaq olmalıyıq. Cəmiyyətə bir şey yazdım, amma onların arasında başçılıq etməyi sevən Diotref bizim səlahiyyətimizi tanımır. Buna görə də mən gələndə onun etdiyi əməllərlə bağlı məsələ qaldıracağam: o bizim barəmizdə pis sözlərlə qeybət edir, hətta bununla kifayətlənməyərək qardaşları özü qəbul etmir, qəbul etmək istəyənlərə də mane olur və onları cəmiyyətdən qovur. Ey sevimli, pislikdən yox, yaxşılıqdan nümunə götür. Yaxşılıq edən Allahdandır, pislik edənsə Allahı görməyib. Hamı Dimitrinin yaxşı adam olduğuna şəhadət edir, həqiqətin özü də bunu təsdiq edir. Biz də buna şəhadət edirik və sən də bilirsən ki, bizim şəhadətimiz etibarlıdır. Sənə yazılası çox sözüm var, amma bunları sənə qələm və mürəkkəblə yazmaq istəmirəm. Amma ümid edirəm ki, tezliklə səni görəcəyəm və səninlə üz-üzə söhbət edəcəyəm. Sənə sülh olsun. Dostlar sənə salam göndərir. Oradakı dostlara bir-bir salam söylə.
3 YƏHYA 1
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
11 noy 2024
Psalms 78:53
10 noy 2024
Colossians 1:10
9 noy 2024
Psalms 89:19
8 noy 2024
1 Thessalonians 5:8
7 noy 2024
Psalms 107:8
6 noy 2024
Colossians 3:4
5 noy 2024
Exodus 30:23

Müqəddəs Ruh
Müqəddəs Ruhla dolmağın Müqəddəs Kitabdakı mənasını araşdırın, onu daxili yaşayışdan, vəftizdən və ruhani…
Günah
Məsihçilər günah edəndə, onların Allahla münasibətləri təhlükəsizdir, lakin ünsiyyət pozulur. Etiraf və özünü…
Allahın izzəti
Rəbdə həqiqi izzət və zövq tapın, dünyəvi müdriklikdə, qüdrətdə və ya var-dövlətdə deyil. Yalnız Allahın…
Ruhani İnkişaf
Çətin bir dağ dırmaşmasının xristian gəzintisini necə təsvir etdiyini kəşf edin. Allahla iman səyahətinizdə…
Ailə
Ailə münaqişələrini həll etmək üçün Müqəddəs Kitab texnikalarını öyrənin, hörmətə, qiymətləndirməyə və kin…
Asılılıq
Real həyat hekayələri narkotik asılılığının dağıdıcı yolunu göstərir. İsa Məsihin necə azadlıq, bağışlanma və…

Müqəddəs Ruh
Müqəddəs Ruhla dolmağın Müqəddəs Kitabdakı mənasını araşdırın, onu daxili yaşayışdan, vəftizdən və ruhani…

Günah
Məsihçilər günah edəndə, onların Allahla münasibətləri təhlükəsizdir, lakin ünsiyyət pozulur. Etiraf və özünü…

Allahın izzəti
Rəbdə həqiqi izzət və zövq tapın, dünyəvi müdriklikdə, qüdrətdə və ya var-dövlətdə deyil. Yalnız Allahın…

Ruhani İnkişaf
Çətin bir dağ dırmaşmasının xristian gəzintisini necə təsvir etdiyini kəşf edin. Allahla iman səyahətinizdə…