Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün Birgə yanına gətiriləcək, Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm.
YEŞAYA 60:13
Gündəlik İşıq

Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün Birgə yanına gətiriləcək, Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm.
YEŞAYA 60:13
Rəbb belə deyir: «Göylər Mənim taxtımdır, Yer ayaqlarımın altındakı kətildir. Mənim üçün harada ev tikəcəksiniz, Dincələcəyim yer harada olacaq?
YEŞAYA 66:1
Lakin, doğrudan da, Allah yerdə, insanların yanında yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!
İKİNCİ SALNAMƏLƏR 6:18
Budur, Ordular Rəbbi belə deyir: “Tezliklə Mən göyləri, yeri, dənizi, torpağı bir də lərzəyə gətirəcəyəm! Bütün millətləri lərzəyə salacağam; bütün millətlərin var-dövləti gələcək və bu evi əzəmətlə dolduracağam”. Ordular Rəbbi belə deyir.
HAQQAY 2:6-7
Ordular Rəbbi belə deyir: “İndiki məbədin əzəməti əvvəlkindən üstün olacaq. Bu yerə əmin-amanlıq verəcəyəm”. Ordular Rəbbi belə bəyan edir».
HAQQAY 2:9
Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.
VƏHY 21:1
Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.
VƏHY 21:3
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
18 noy 2024
Isaiah 27:8
17 noy 2024
Psalms 92:5
16 noy 2024
John 17:17
15 noy 2024
1 Corinthians 1:9
14 noy 2024
Psalms 40:17
13 noy 2024
Ephesians 5:25-26
12 noy 2024
2 Corinthians 7:10

Qurtuluş
Allahın böyük xilasını araşdırın, bu xilas Məsihin qurbanlığı ilə qurulan yeni yaradılışla nəticələnir.
Kultlar
Təriqətlərin üç müəyyənedici xüsusiyyətini kəşf edin: onların səlahiyyət mənbəyi, doktrinal inkişafı və yalan…
Ölüm
Ölümdən sonra həyat, mühakimə və əbədilik haqqında Müqəddəs Kitabın nəyi açdığını araşdırın. İsa Məsihə iman…
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…

Qurtuluş
Allahın böyük xilasını araşdırın, bu xilas Məsihin qurbanlığı ilə qurulan yeni yaradılışla nəticələnir.

Kultlar
Təriqətlərin üç müəyyənedici xüsusiyyətini kəşf edin: onların səlahiyyət mənbəyi, doktrinal inkişafı və yalan…
Dostluq
Dost seçərkən soruşulmalı yeddi əsas sualı öyrənin. Allahpərəst dostluqların həyatınızı necə formalaşdıra…
Ağıl
Düşüncələrinizi idarə etməyin xristian həyatı üçün niyə vacib olduğunu kəşf edin. Təmiz, Məsihə bənzər bir…