17 noy 2024
Gündəlik İşıq, 18 noyabr: Çünki Onu olduğu kimi görəcəyik
Gündəlik İşıq
Şərq küləyi əsən gün Rəbb onları şiddətli yeli ilə qovdu.
Yeşaya 27:8
İnsan əlinə düşməkdənsə qoy Rəbbin əlinə düşək.
İki̇nci̇ Şamuel 24:14
Çünki Mən səninləyəm, Səni qurtaracağam” Rəbb belə bəyan edir. ... Səni ədalətlə tərbiyələndirəcəyəm, Amma cəzasız da qoymayacağam”.
Yeremya 30:11
Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz. Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz. Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
Zəbur 103:9–10, 14
Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm.
Malaki̇ 3:17
Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz.
1 Kori̇nfli̇lərə 10:13
Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi. Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim.
Luka 22:31–32
Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir.
Yeşaya 25:4
Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə heç gördüklərimin yarısı danışılmayıb, sənin hikmətin və var-dövlətin mən eşitdiyim şöhrətdən üstündür.
Bi̇ri̇nci̇ Padşahlar 10:7
Cənub mələkəsi qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.
Matta 12:42
Lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.
Yəhya 1:14
Mənim sözüm də ... Ruhun qüdrətini göstərməsindən asılı idi. Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın. Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib». Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır.
1 Kori̇nfli̇lərə 2:4–5, 9–10
Gözlərin padşahı bütün gözəlliyi ilə görəcək.
Yeşaya 33:17
Çünki Onu olduğu kimi görəcəyik.
1 Yəhya 3:2
Bədən alıb Allahı görəcəyəm.
Əyyub 19:26
Oyananda Səni görməklə doyacağam.
Zəbur 17:15
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax16 noy 2024
Yəhya 17:17 · Yəhya 15:3
15 noy 2024
1 Kori̇nfli̇lərə 1:9 · İbrani̇lərə 10:23
14 noy 2024
Zəbur 40:17 · Zəbur 37:23–24
13 noy 2024
Efesli̇lərə 5:25–26 · Efesli̇lərə 5:2
12 noy 2024
2 Kori̇nfli̇lərə 7:10 · Matta 26:75
11 noy 2024
Zəbur 78:53 · Süleymanin Məsəlləri̇ 8:20
