Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
YƏHYA 9:4
Gündəlik İşıq

Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
YƏHYA 9:4
Onda göydən belə deyən bir səs eşitdim: «Yaz: bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir».
VƏHY 14:13
Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır,
ƏYYUB 3:17
Şamuel Şaula dedi: «Məni çıxararaq niyə narahat etdin?» Şaul dedi: «Çox dara düşmüşəm, çünki Filiştlilər mənə qarşı müharibə edirlər. Artıq Allah da məndən üz döndərib, daha mənə peyğəmbərlər, yuxular vasitəsilə cavab vermir. Ona görə də səni çağırdım ki, nə etməliyəmsə, onu mənə bildirəsən».
BİRİNCİ ŞAMUEL 28:15
Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.
VAİZ 9:10
Ölənlər, sükut diyarına düşənlər Rəbbə həmd etmirlər.
ZƏBUR 115:17
Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi. Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım. İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.
2 TİMOTEYƏ 4:6-8
Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır. Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.
İBRANİLƏRƏ 4:9-10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
8 fev 2025
John 15:15
7 fev 2025
Deuteronomy 8:10-11
6 fev 2025
1 Timothy 1:14
5 fev 2025
John 10:10
4 fev 2025
Deuteronomy 17:16
3 fev 2025
Haggai 2:4
2 fev 2025
1 Chronicles 4:10

Qurtuluş
Allahın böyük xilasını araşdırın, bu xilas Məsihin qurbanlığı ilə qurulan yeni yaradılışla nəticələnir.
Allahın Suverenliyi
Müqəddəs Kitab göstərir ki, Allah kimisə ölümdən geri göndərə bilər, lakin adətən mesajlar üçün bunu etmir…
İkinci Gəliş
'İş bitdi' ifadəsi Məsihin ilk gəlişini və bu dövrün sonunu bildirir. Bu gün Allahın işini görərək İsanın…
İman
Həyat bir yarışdır, lakin qələbə dünyəvi uğurlarda tapılmır. Əbədi mükafatınızı qazanmaq üçün Süleymanın…
Ölüm
Ölümdən sonra həyat, mühakimə və əbədilik haqqında Müqəddəs Kitabın nəyi açdığını araşdırın. İsa Məsihə iman…

Qurtuluş
Allahın böyük xilasını araşdırın, bu xilas Məsihin qurbanlığı ilə qurulan yeni yaradılışla nəticələnir.

Allahın Suverenliyi
Müqəddəs Kitab göstərir ki, Allah kimisə ölümdən geri göndərə bilər, lakin adətən mesajlar üçün bunu etmir…

İkinci Gəliş
'İş bitdi' ifadəsi Məsihin ilk gəlişini və bu dövrün sonunu bildirir. Bu gün Allahın işini görərək İsanın…

İman
Həyat bir yarışdır, lakin qələbə dünyəvi uğurlarda tapılmır. Əbədi mükafatınızı qazanmaq üçün Süleymanın…
Məsəllər
İsanın Matta 13-dəki Buğda və Alaq Otları məsəlini araşdırın. Onun mənasını, tarixi bütövlüyünü və bu gün…