2 fev 2025
Gündəlik İşıq, 3 fevral: İndi isə Çünki Mən sizinləyəm
Gündəlik İşıq
Rəbb deyir: “İndi isə ... Çünki Mən sizinləyəm”. Ordular Rəbbi belə bəyan edir.
Haqqay 2:4
Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.
Yəhya 15:5
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.
Fi̇li̇pi̇li̇lərə 4:13
Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
Efesli̇lərə 6:10
Çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir.
Nehemya 8:10
Ordular Rəbbi belə deyir: «Ordular Rəbbinin evinin – məbədin tikilməsi üçün təməli qoyulan gün orada peyğəmbərlərin dediyi bu sözləri o vaxt eşidənlər.
Zəkəri̇yyə 8:9
Zəif əllərə qüvvət verin, Əsən dizləri möhkəmləndirin. Ürəklərində qorxanlara deyin: Möhkəm olun, qorxmayın! Budur.
Yeşaya 35:3–4
Rəbb ona tərəf çevrilib dedi: Bu qüvvətinlə get.
Haki̇mlər 6:14
Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
Romalilara 8:31
Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin olunduğumuz üçün ümidimizi itirmirik.
2 Kori̇nfli̇lərə 4:1
Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
Qalati̇yalilara 6:9
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 Kori̇nfli̇lərə 15:57
Sənin qarşında zülmət batar.
Zəbur 139:12
Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür. Şər iş görənlərin gizlənəcəyi Nə qaranlıq, nə də zülmət yeri var.
Əyyub 34:21–22
Kimsə gizli yerlərdə saxlana bilər ki, Mən onu görə bilməyim? ... Yeri, göyü Mən doldurmamışammı?» Rəbb belə bəyan edir.
Yeremya 23:24
Nə gecənin kabusundan, Nə də gündüz atılan oxdan, Nə zülmətdə dolanan ağır xəstəlikdən ... «Ya Rəbb, sığınacağımsan!» dediyin üçün, Haqq-Taalaya sığındığın üçün Şərə düçar olmazsan, Bəla çadırından uzaq qaçar.
Zəbur 91:5–6, 9–10
Səni qoruyan yatmaz. Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir. Gündüz günəşin ziyanı sənə dəyməz, Gecə ay da sənə zərər verməz. Rəbb səni hər cür şərdən saxlayar.
Zəbur 121:3, 5–7
Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan.
Zəbur 23:4
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax1 fev 2025
1 Peter 1:8 · 2 Kori̇nfli̇lərə 5:7
31 yan 2025
Saylar 33:55 · 1 Ti̇moteyə 6:12
30 yan 2025
İbrani̇lərə 12:1–2 · Luka 9:23
29 yan 2025
Yaradiliş 16:13 · Zəbur 139:1–4
28 yan 2025
Qanunun Təkrari 33:25 · Mark 13:11
27 yan 2025
1 Yəhya 3:5 · İbrani̇lərə 1:1–3
