15 apr 2025
Gündəlik İşıq, 16 aprel: Ömrüm sona çatdı (Mərsi̇yələr 3:54)
Gündəlik İşıq
Mən təlaşa düşüb demişdim: «Sənin gözlərinin önündən kənara atıldım». Lakin Səni imdada çağıranda Yalvarış səsimi eşitdin.
Zəbur 31:22
Dərin bataqlığa batmaqdayam, Ayaq üstə durmağa yer yoxdur. Dərin sulara qərq olmuşam, Sellər məni aparır.
Zəbur 69:2
Sular başımdan aşdı, Dedim: «Ömrüm sona çatdı». Ya Rəbb, ismini O quyunun dibindən səslədim. «Qulağını tıxama, fəryadımı dinlə» deyərkən Səsimi eşitdin. Səni çağıranda yanıma gəldin, Mənə «qorxma» söylədin.
Mərsi̇yələr 3:54–57
«Xudavənd məni əbədilikmi tərk edib? Bir daha məndən razı qalmayacaqmı? Məhəbbəti həmişəlik qurtardımı? Vədi nəsildən-nəslə qədər sona çatdımı? Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» Sela Dedim: «Bu mənim üçün bəladır, Haqq-Taala daha gücünü göstərmir». Ya Rəbb, Sənin əməllərini yada salıram, Bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən.
Zəbur 77:7–11
Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, Buna şübhəm yoxdur.
Zəbur 27:13
Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam.
Zəbur 91:15
Yabes İsrailin Allahını çağırıb dedi: «Kaş Sən mənə xeyir-dua verəydin! Torpaqlarımı genişləndir, mənə kömək ol və əzab çəkməyim deyə məni şərdən qoru». Allah da istədiyi şeyi ona verdi.
Bi̇ri̇nci̇ Salnamələr 4:10
Nə istəyirsən, sənə verim?» Süleyman Allaha dedi: «Sən atam Davuda böyük xeyirxahlıq göstərdin və onun yerinə məni padşah etdin. İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim.
İki̇nci̇ Salnamələr 1:7–8, 10
Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi.
Bi̇ri̇nci̇ Padşahlar 4:29
Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız ... Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin». Asanın və Yəhudalıların önündə Rəbb Kuşluları qırdı və Kuşlular qaçdı.
İki̇nci̇ Salnamələr 14:11–12
Ey duaları eşidən, Bütün bəşər hüzuruna gələcək.
Zəbur 65:2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax14 apr 2025
Zəbur 63:5–6 · Zəbur 139:17–18
13 apr 2025
Süleymanin Məsəlləri̇ 3:9 · 2 Kori̇nfli̇lərə 9:6
12 apr 2025
Romalilara 8:3 · İbrani̇lərə 10:1–2
11 apr 2025
Süleymanin Məsəlləri̇ 10:19 · Yaqub 1:19
10 apr 2025
Nəğmələr Nəğməsi̇ 1:5 · Zəbur 51:5
9 apr 2025
Yeşaya 43:1 · Yeşaya 54:4–5
