8 apr 2025
Gündəlik İşıq, 9 aprel: Qorxma, çünki Mən səni satın aldım
Gündəlik İşıq
Qorxma, çünki Mən səni satın aldım.
Yeşaya 43:1
Qorxma, çünki utanmayacaqsan, Ruhdan düşmə, çünki rüsvay olmayacaqsan. Cavanlığın xəcalətini unudacaqsan, Bir daha dulluğun rüsvayçılığını Yadına salmazsan». Çünki sənin ərin səni Yaradandır, Onun adı Ordular Rəbbidir. Səni Satınalan İsrailin Müqəddəsidir.
Yeşaya 54:4–5
Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön, Çünki Mən səni satın aldım.
Yeşaya 44:22
Qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız.
1 Peter 1:19
Amma onların Satınalanı güclüdür, Onun adı Ordular Rəbbidir. Rəbb mütləq onların işinə baxacaq ki, Ölkəyə rahatlıq versin, Amma Babil sakinlərinə təşviş gətirsin».
Yeremya 50:34
Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz.
Yəhya 10:29
Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın. Allaha əbədi izzət olsun! Amin.
Qalati̇yalilara 1:3–5
Rəbbin lütfkar işlərindən, Həmdlərə layiq əməllərindən nəql edəcəyəm. Böyük mərhəməti və məhəbbəti naminə.
Yeşaya 63:7
O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi.
Zəbur 40:2
İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
Qalati̇yalilara 2:20
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Romalilara 5:8
O bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu.
2 Kori̇nfli̇lərə 1:22
Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək.
Efesli̇lərə 1:14
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.
Efesli̇lərə 2:4–6
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax7 apr 2025
2 Kori̇nfli̇lərə 6:10 · Romalilara 5:2–3
6 apr 2025
İbrani̇lərə 7:25 · Romalilara 8:34
5 apr 2025
Yaradiliş 32:26 · Yeşaya 27:5
4 apr 2025
Vəhy 1:17 · İbrani̇lərə 12:18
3 apr 2025
2 Peter 3:8–9 · Yeşaya 55:8–11
2 apr 2025
1 Yəhya 5:21 · 2 Kori̇nfli̇lərə 6:17–18
