8 aprel 2025, çərşənbə axşamı

Gündəlik İşıq

8 apr 2025

Çünki siz Məsihdə hər cəhətdən – hər cür sözdə və bilikdə zənginləşmisiniz.

1 KORİNFLİLƏRƏ 1:5

Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü.

ROMALILARA 5:6

O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?

ROMALILARA 8:32

Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.

KOLOSSELİLƏRƏ 2:9-10

Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.

YƏHYA 15:4-5

Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm.

ROMALILARA 7:18

Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir.

EFESLİLƏRƏ 4:7

Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.

YƏHYA 15:7

Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.

KOLOSSELİLƏRƏ 3:16

Süni intellektlə tərcümə edilib, Müqəddəs Kitab sitatları da daxil olmaqla — istənilən istinadı açın və Azərbaycan Bibliyası 2008 tərcüməsində oxuyun.

Sizin əlinizdəki Müqəddəs Kitab Allahın Kəlamıdır. Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur.

Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).

Son günlər