Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir. Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir.
2 PETER 3:8-9
«Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil,
Sizin yollarınız Mənim yollarım deyil»
Rəbb belə bəyan edir.
«Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə,
Yollarım da sizin yollarınızdan,
Fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.
Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa,
Ancaq torpağı sulayıb yeri məhsuldar edirsə,
Əkinçiyə toxum, yeyənə çörək verirsə,
Ağzımdan çıxan kəlmə də belədir:
Boş yerə yanıma qayıtmaz,
Ancaq istədiyimi yerinə yetirər,
Onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.
YEŞAYA 55:8-11
Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.
Allahın zənginliyi nə böyük,
Hikməti və biliyi nə dərindir!
Onun hökmləri necə də ağlasığmaz,
Yolları necə də anlaşılmazdır!
ROMALILARA 11:32-33