30 mar 2025
Gündəlik İşıq, 31 mart: Amma çoxlarını varlandırırıq
Gündəlik İşıq
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Fi̇li̇pi̇li̇lərə 4:19
Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.
Matta 6:33
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Çünki hər şey sizindir. İstər Paul, istər Apollo, istər Kefa olsun, dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir. Sizsə Məsihinsiniz, Məsih də Allahındır.
1 Kori̇nfli̇lərə 3:21–23
Amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
2 Kori̇nfli̇lərə 6:10
Rəbb mənim çobanımdır, möhtac olmaram.
Zəbur 23:1
Axı Rəbb Allah günəşdir, sipərdir, Rəbb lütf və şərəf verir, Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir.
Zəbur 84:11
Zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.
1 Ti̇moteyə 6:17
Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun.
2 Kori̇nfli̇lərə 9:8
İşıqla qaranlığın ortaq nəyi var?
2 Kori̇nfli̇lərə 6:14
Amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi.
Yəhya 3:19
Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq.
1 Saloni̇kli̇lərə 5:5
Çünki qaranlıq onun gözlərini kor edib.
1 Yəhya 2:11
Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
Zəbur 119:105
Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub.
Zəbur 74:20
Çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir.
1 Yəhya 4:7–8
Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər. Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
Süleymanin Məsəlləri̇ 4:19, 18
Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın.
Yəhya 12:46
Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.
Efesli̇lərə 5:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax29 mar 2025
Matta 25:34 · Luka 12:32
28 mar 2025
Yeşua 1:18 · Zəbur 27:1
27 mar 2025
Süleymanin Məsəlləri̇ 11:18 · Matta 25:19–21
26 mar 2025
Matta 2:14–15 · Romalilara 6:16
25 mar 2025
İbrani̇lərə 13:5–6 · Yaradiliş 28:15
24 mar 2025
Yaradiliş 15:6 · Romalilara 4:20–24
