Ancaq Rəbdən qorxun, Ona sədaqətlə, bütün qəlbinizlə xidmət edin. Görün sizin üçün necə əzəmətli işlər görüb.
BİRİNCİ ŞAMUEL 12:24
Gündəlik İşıq
Ancaq Rəbdən qorxun, Ona sədaqətlə, bütün qəlbinizlə xidmət edin. Görün sizin üçün necə əzəmətli işlər görüb.
BİRİNCİ ŞAMUEL 12:24
Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox.
QANUNUN TƏKRARI 8:2
Bunu ürəkdən dərk edin ki, insan öz övladına necə tərbiyə verirsə, Allahınız Rəbb də sizə elə tərbiyə verir.
QANUNUN TƏKRARI 8:5
Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir, Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.
ZƏBUR 119:75
Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm.
ZƏBUR 119:71
Əzaba düşməzdən əvvəl yoldan azırdım, Amma indi mən kəlamına bağlıyam.
ZƏBUR 119:67
Rəbb mənə möhkəm cəza verdi, Amma məni ölümə təslim etmədi.
ZƏBUR 118:18
Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.
ZƏBUR 103:10-11
Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
ZƏBUR 103:14
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
28 apr 2025
John 1:29
27 apr 2025
1 Corinthians 7:29
26 apr 2025
Song of Solomon 2:6
25 apr 2025
Matthew 1:21
24 apr 2025
Genesis 21:1
23 apr 2025
Psalms 18:18
22 apr 2025
Leviticus 1:3-4