27 aprel 2025, bazar

Gündəlik İşıq

27 apr 2025

Qardaşlar, bunu demək istəyirəm: vaxta az qalıb. Bundan sonra arvadı olanlar olmayanlar kimi,

1 KORİNFLİLƏRƏ 7:29

Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur. Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər.

ƏYYUB 14:1-2

Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.

1 YƏHYA 2:17

Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq.

1 KORİNFLİLƏRƏ 15:22

Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə «Ölüm yox edildi, Onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək.

1 KORİNFLİLƏRƏ 15:54

Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq.

ROMALILARA 14:8

Çünki mənim üçün yaşamaq Məsihdir, ölməksə qazancdır.

FİLİPİLİLƏRƏ 1:21

Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür. Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var. Çünki «Bir az müddətdən sonra Gələn gələcək, gecikməyəcək.

İBRANİLƏRƏ 10:35-37

Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.

ROMALILARA 13:12

Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun.

1 PETER 4:7

Süni intellektlə tərcümə edilib, Müqəddəs Kitab sitatları da daxil olmaqla — istənilən istinadı açın və Azərbaycan Bibliyası 2008 tərcüməsində oxuyun.

Sizin əlinizdəki Müqəddəs Kitab Allahın Kəlamıdır. Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur.

Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).

Son günlər