Beləliklə, ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı, Rəbdə olaraq bu cür dönməz durun, ey sevimlilər!
FİLİPİLİLƏRƏ 4:1
Gündəlik İşıq
Beləliklə, ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı, Rəbdə olaraq bu cür dönməz durun, ey sevimlilər!
FİLİPİLİLƏRƏ 4:1
Hər addımını yaxından izlədim, Azmadan yoluna bağlı qaldım.
ƏYYUB 23:11
Çünki Rəbb ədaləti sevir, Heç zaman möminlərini tərk etmir. Salehlər daim müdafiə olunacaq, Pislər nəsilliklə kəsilib atılacaq.
ZƏBUR 37:28
Rəbb səni hər cür şərdən saxlayar, Canını qoruyar.
ZƏBUR 121:7
Amma saleh adamım imanla yaşayacaq. Əgər geri çəkilsə, ondan razı qalmayacağam». Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.
İBRANİLƏRƏ 10:38-39
Onlar bizim aramızdan çıxdılar, amma bizə məxsus deyildilər. Əgər bizə məxsus olsaydılar, bizimlə qalardılar. Amma qalmadılar ki, heç birinin bizə məxsus olmadığı aşkara çıxsın.
1 YƏHYA 2:19
O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz.
YƏHYA 8:31
Amma axıracan dözən xilas olacaq.
MATTA 24:13
Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun.
1 KORİNFLİLƏRƏ 16:13
Tezliklə gəlirəm. Nəyin varsa, ona bağlı qal ki, heç kəs tacını götürməsin.
VƏHY 3:11
Qalib gələn hər kəs də ağ paltar geyinəcək. Mən onun adını həyat kitabından əsla silməyəcəyəm, Atamın və Onun mələklərinin önündə adını iqrar edəcəyəm.
VƏHY 3:5
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
20 apr 2025
Deuteronomy 13:17
19 apr 2025
John 10:7
18 apr 2025
Deuteronomy 18:18
17 apr 2025
Psalms 50:23
16 apr 2025
Psalms 31:22
15 apr 2025
Jeremiah 50:34
14 apr 2025
Psalms 63:5-6