18 apr 2025
Gündəlik İşıq, 19 aprel: Bəs onda mükafatım nədir?
Gündəlik İşıq
Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm.
Yəhya 10:7
O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı.
Matta 27:51
Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi ki, sizi Allahın hüzuruna gətirsin.
1 Peter 3:18
Çadırın ilk bölməsi durduqca Ən Müqəddəs yerə gedən yol hələ aşkar olmamışdır.
İbrani̇lərə 9:8
Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar.
Yəhya 10:9
Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
Yəhya 14:6
Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik. Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.
Efesli̇lərə 2:18–19
Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır.
İbrani̇lərə 10:19–20
Imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.
Romalilara 5:1–2
Onda Onun sözü sümüklərimdə həbs edilən, Ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, Artıq bunu edə bilmirəm.
Yeremya 20:9
Çünki bu mənim mühüm borcumdur, əgər Müjdəni yaymıramsa, vay halıma! Bəs onda mükafatım nədir? Mükafatım budur ki, Müjdəni yayaraq müftə vəz edirəm və Müjdəni yaymaqdan gələn ixtiyarımdan tam istifadə etmirəm.
1 Kori̇nfli̇lərə 9:16, 18
Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır. Lakin Peterlə Yəhya cavab verib dedilər: Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur? Axı eşidib-gördüklərimizi deməyə bilmərik.
Həvari̇ləri̇n İşləri̇ 4:18–20
Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü.
2 Kori̇nfli̇lərə 5:14
Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. ... Pis və tənbəl qul! ... Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım.
Matta 25:25–27
Qohum-əqrəbanın yanına get, Rəbbin sənə etdiyi hər şeyi və sənə necə mərhəmət göstərdiyini onlara danış.
Mark 5:19
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax17 apr 2025
Zəbur 50:23 · Kolosseli̇lərə 3:16–17
16 apr 2025
Zəbur 31:22 · Zəbur 69:2
15 apr 2025
Yeremya 50:34 · Amos 5:12
14 apr 2025
Zəbur 63:5–6 · Zəbur 139:17–18
13 apr 2025
Süleymanin Məsəlləri̇ 3:9 · 2 Kori̇nfli̇lərə 9:6
12 apr 2025
Romalilara 8:3 · İbrani̇lərə 10:1–2
