İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq».
YARADILIŞ 22:14
Gündəlik İşıq
İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq».
YARADILIŞ 22:14
İbrahim dedi: «Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». Onlar birlikdə getdilər.
YARADILIŞ 22:8
Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin.
YEŞAYA 59:1
Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb: «Qurtarıcı Siondan gələcək, Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq».
ROMALILARA 11:26
Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan!
ZƏBUR 146:5
Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar. İstəyir ki, onları ölümdən qurtarsın, Qıtlıqda belə, onlar sağ qalsın.
ZƏBUR 33:18-19
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
FİLİPİLİLƏRƏ 4:19
Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm». Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
İBRANİLƏRƏ 13:5-6
Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm.
ZƏBUR 28:7
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
9 mar 2026
1 Timothy 6:17
8 mar 2026
Isaiah 38:17
7 mar 2026
Isaiah 54:5
6 mar 2026
Proverbs 2:8
5 mar 2026
Isaiah 38:14
4 mar 2026
Colossians 3:2
3 mar 2026
Proverbs 3:5-6