İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam!
ROMALILARA 1:1
Gündəlik İşıq
İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam!
ROMALILARA 1:1
Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam.
YƏHYA 13:13
Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.
YƏHYA 12:26
Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki mənim boyunduruğum rahat və yüküm yüngüldür».
MATTA 11:29-30
Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam.
FİLİPİLİLƏRƏ 3:7
Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır.
ROMALILARA 6:22
Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
YƏHYA 15:15
Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.
QALATİYALILARA 4:7
Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın.
QALATİYALILARA 5:1
Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.
QALATİYALILARA 5:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
15 may 2026
Revelation 21:4
14 may 2026
Philippians 3:10
13 may 2026
1 Timothy 2:8
12 may 2026
1 John 4:7
11 may 2026
1 Corinthians 15:34
10 may 2026
1 John 3:8
9 may 2026
Hebrews 11:1