Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər,
1 TİMOTEYƏ 2:8
Gündəlik İşıq
Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər,
1 TİMOTEYƏ 2:8
Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir».
YƏHYA 4:23-24
O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu, Yəni başqalarına zülm etməyinizi Aranızdan rədd etsəniz, Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz,
YEŞAYA 58:9
Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın».
MARK 11:25
İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.
İBRANİLƏRƏ 11:6
Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir. Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq.
YAQUB 1:6-7
Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi.
ZƏBUR 66:18
Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir. O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə deyil, bütün dünyanın günahlarına görə kəffarə qurbanıdır.
1 YƏHYA 2:1-2
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
12 may 2026
1 John 4:7
11 may 2026
1 Corinthians 15:34
10 may 2026
1 John 3:8
9 may 2026
Hebrews 11:1
8 may 2026
Isaiah 53:10
7 may 2026
Matthew 24:6
6 may 2026
Psalms 85:10