7 may 2026
Gündəlik İşıq, 8 may: Ey Allahım, ləngimə! (Zəbur 40:17)
Gündəlik İşıq
Amma Rəbb Özü onun bu iztirablarını istədi, Çəkdiyi əziyyətlər Onun iradəsi idi.
Yeşaya 53:10
İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi.
Yəhya 12:27–28
Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun. Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi.
Luka 22:42–43
Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.
Fi̇li̇pi̇li̇lərə 2:8
Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım.
Yəhya 10:17
Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm.
Yəhya 6:38
Atanın Mənə verdiyi kasanı içməyimmi?
Yəhya 18:11
O Məni tək qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm.
Yəhya 8:29
Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam.
Matta 3:17
Seçdiyim qulum! Könlüm ondan razıdır!
Yeşaya 42:1
Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın.
Yeşaya 62:6
Onlar yeni bir nəğmə oxuyaraq deyirdi ... Onları Allahımızla birgə Padşahlığa və kahinliyə şərik etdin.
Vəhy 5:9–10
Kərənayları Harun oğulları olan kahinlər çalsınlar. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız.
Saylar 10:8–9
Yaqub nəslinə “Məni qarmaqarışıq yerdə axtarın” demədim.
Yeşaya 45:19
Allah onların səslərini eşitdi, çünki duaları Onun müqəddəs məskəninə – göylərə çatdı.
İki̇nci̇ Salnamələr 30:27
Rəbbin gözü salehlərin üzərindədir, Qulaqları onların fəryadlarına açıqdır.
Zəbur 34:15
Sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.
Yaqub 5:16
Ya Rəbb İsa!
Vəhy 22:20
Ey Allahım, ləngimə!
Zəbur 40:17
Allahın zühur gününü gözləyərək tezləşdirməlisiniz.
2 Peter 3:12
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax6 may 2026
Zəbur 85:10 · Yeşaya 45:21
5 may 2026
Matta 6:31–32 · Zəbur 34:9–10
4 may 2026
Yeşaya 59:1 · Zəbur 138:3
3 may 2026
Matta 5:48 · Yaradiliş 17:1
2 may 2026
Yaradiliş 28:16 · Matta 18:20
1 may 2026
Qalati̇yalilara 5:22 · Romalilara 8:6
