Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin.
YEŞAYA 59:1
Gündəlik İşıq
Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin.
YEŞAYA 59:1
Səni çağıranda mənə cavab vermisən, Canıma taqət verib məni ürəkləndirmisən.
ZƏBUR 138:3
hələ dua edərkən əvvəl görüntüdə gördüyüm insana bənzər mələk Cəbrayıl axşam qurbanı verilən vaxt cəld uçaraq yanıma gəldi.
DANİEL 9:21
Üzünü məndən gizlətmə, Qulunu qəzəblə qovma. Mənə Sən kömək etmisən, Məni atma, tərk etmə, Ey məni qurtaran Allahım!
ZƏBUR 27:9
Ya Rəbb, uzaq durma, Ey mənim Qüdrətlim, dadıma tez çat!
ZƏBUR 22:19
“Ah Xudavənd Rəbb, böyük gücünlə və uzanan qolunla yeri, göyü yaratdın. Edə bilməyəcəyin heç bir şey yoxdur.
YEREMYA 32:17
Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq
2 KORİNFLİLƏRƏ 1:10
Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»
LUKA 18:7-8
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
3 may 2026
Matthew 5:48
2 may 2026
Genesis 28:16
1 may 2026
Galatians 5:22
30 apr 2026
1 John 2:5
29 apr 2026
1 Samuel 12:24
28 apr 2026
John 1:29
27 apr 2026
1 Corinthians 7:29