Lakin kim Onun sözünə riayət edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz Allahdayıq.
1 YƏHYA 2:5
Gündəlik İşıq
Lakin kim Onun sözünə riayət edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz Allahdayıq.
1 YƏHYA 2:5
Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin.
İBRANİLƏRƏ 13:20-21
Onu tanıdığımızı bundan bilirik ki, Onun əmrlərinə riayət edirik.
1 YƏHYA 2:3
İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq.
YƏHYA 14:23
Onda qalan hər kəs günahını davam etdirməz. Günahını davam etdirən hər kəs nə Onu görüb, nə də Onu tanıyır. Ey övladlar, heç kəs sizi aldatmasın; saleh iş görən şəxs Məsihin saleh olduğu kimi salehdir.
1 YƏHYA 3:6-7
Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik.
1 YƏHYA 4:17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
29 apr 2026
1 Samuel 12:24
28 apr 2026
John 1:29
27 apr 2026
1 Corinthians 7:29
26 apr 2026
Song of Solomon 2:6
25 apr 2026
Matthew 1:21
24 apr 2026
Genesis 21:1
23 apr 2026
Psalms 18:18