Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi:
YARADILIŞ 21:1
Gündəlik İşıq
Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi:
YARADILIŞ 21:1
Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb-boşalt, Çünki Allah bizim pənahımızdır! Sela
ZƏBUR 62:8
Davudun ürəyi çox sıxılırdı, çünki xalq «onu daşlayaq» deyirdi. Ona görə ki camaatın hər birinin oğul və qızından ötrü canı yanırdı. Lakin Davud Allahı Rəbdən qüvvət aldı.
BİRİNCİ ŞAMUEL 30:6
Bir gün Yusif qardaşlarına dedi: «Mən ölürəm, amma Allah mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa və Yaquba and içdiyi torpağa aparacaq».
YARADILIŞ 50:24
Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim. İndi get, Mən səni Misirə göndərirəm”.
HƏVARİLƏRİN İŞLƏRİ 7:34
O, xalqı Misirdən çıxaran, həm orada, həm Qırmızı dənizdə, həm də qırx il ərzində səhrada xariqə və əlamətlər yaradan insan idi.
HƏVARİLƏRİN İŞLƏRİ 7:36
Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.
YEŞUA 21:45
Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir.
İBRANİLƏRƏ 10:23
Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?
SAYLAR 23:19
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
MATTA 24:35
Ot quruyar, çiçək solar, Amma Allahımızın sözü əbədi qalar».
YEŞAYA 40:8
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
23 apr 2026
Psalms 18:18
22 apr 2026
Leviticus 1:3-4
21 apr 2026
Philippians 4:1
20 apr 2026
Deuteronomy 13:17
19 apr 2026
John 10:7
18 apr 2026
Deuteronomy 18:18
17 apr 2026
Psalms 50:23