19 apr 2026
Gündəlik İşıq, 20 aprel: İmmanuel Allah bizimlədir deməkdir
Gündəlik İşıq
Məhv edilməyə həsr edilən mallardan heç nəyi özünüz üçün götürməyin.
Qanunun Təkrari 13:17
Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, Murdar şeylərə toxunmayın.
2 Kori̇nfli̇lərə 6:17
Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz.
1 Peter 2:11
Amma qorxu içində cismin ləkələdiyi paltardan belə, çəkinin.
Yəhuda 1:23
Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik. Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.
1 Yəhya 3:2–3
Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.
Ti̇tə 2:11–14
Ey Ağam, Sən kimsən?” Rəbb cavab verdi: “Mən sənin təqib etdiyin İsayam.
Həvari̇ləri̇n İşləri̇ 26:15
Mənəm, qorxmayın!
Matta 14:27
Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan, Odun içindən qaçsan belə, yanmayacaqsan, Alov səni məhv etməyəcək. Çünki Mən sənin Allahın Rəbbəm ... Sənin Xilaskarınam.
Yeşaya 43:2–3
Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
Zəbur 23:4
İmmanuel «Allah bizimlədir» deməkdir.
Matta 1:23
Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək.
Matta 1:21
Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.
1 Yəhya 2:1
Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir. Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı?
Romalilara 8:34–35
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax18 apr 2026
Qanunun Təkrari 18:18 · Qanunun Təkrari 5:5
17 apr 2026
Zəbur 50:23 · Kolosseli̇lərə 3:16–17
16 apr 2026
Zəbur 31:22 · Zəbur 69:2
15 apr 2026
Yeremya 50:34 · Amos 5:12
14 apr 2026
Zəbur 63:5–6 · Zəbur 139:17–18
13 apr 2026
Süleymanin Məsəlləri̇ 3:9 · 2 Kori̇nfli̇lərə 9:6
