Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq. Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm.
ZƏBUR 63:5-6
Gündəlik İşıq
Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq. Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm.
ZƏBUR 63:5-6
Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur! Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm.
ZƏBUR 139:17-18
Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir.
ZƏBUR 119:103
Qoy dodaqların məni öpdükcə öpsün, Çünki eşqin şərabdan da yaxşıdır.
NƏĞMƏLƏR NƏĞMƏSİ 1:2
Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm.
ZƏBUR 73:25
Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib.
ZƏBUR 45:2
Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir. O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır.
NƏĞMƏLƏR NƏĞMƏSİ 2:3-4
Qıçları saf qızıl ayaqlıqlar üstündə dayanan Mərmər sütunlara oxşar. Görkəmi Livanın dağları kimidir, Nadir sidr ağacları kimidir. Şirindillidir, Təpədən dırnağadək gözəldir. Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur, Mənim yarım budur.
NƏĞMƏLƏR NƏĞMƏSİ 5:15-16
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
13 apr 2026
Proverbs 3:9
12 apr 2026
Romans 8:3
11 apr 2026
Proverbs 10:19
10 apr 2026
Song of Solomon 1:5
9 apr 2026
Isaiah 43:1
8 apr 2026
1 Corinthians 1:5
7 apr 2026
2 Corinthians 6:10