7 apr 2026
Gündəlik İşıq, 8 aprel: Onlar Onun üzünü görəcək (Vəhy 22:4)
Gündəlik İşıq
Çünki siz Məsihdə hər cəhətdən – hər cür sözdə və bilikdə zənginləşmisiniz.
1 Kori̇nfli̇lərə 1:5
Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü.
Romalilara 5:6
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
Kolosseli̇lərə 2:9–10
Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.
Yəhya 15:4–5
Çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm.
Romalilara 7:18
Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir.
Efesli̇lərə 4:7
Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.
Yəhya 15:7
Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın.
Kolosseli̇lərə 3:16
Onlar Onun üzünü görəcək.
Vəhy 22:4
İzzətini mənə göstər». Sonra O davam etdi: «Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz.
Çixiş 33:18, 20
Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.
Yəhya 1:18
Hər göz Onu görəcək, Hətta Onun bədənini deşənlər də Onu görəcək. Yer üzünün bütün tayfaları Onun üçün ah-nalə edəcək. Bəli.
Vəhy 1:7
“Onu mən görürəm, amma indi deyil, Mən ona baxıram.
Saylar 24:17
Amma mən bilirəm ki, Satınalanım yaşayır, Axırda O, yer üzərində dayanacaq. Dərim yox olandan sonra Bədən alıb Allahı görəcəyəm.
Əyyub 19:25–26
Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam.
Zəbur 17:15
Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.
1 Yəhya 3:2
Rəbb Özü əmrini səsləndirməklə ... Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq.
1 Saloni̇kli̇lərə 4:16–17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax6 apr 2026
İbrani̇lərə 7:25 · Romalilara 8:34
5 apr 2026
Yaradiliş 32:26 · Yeşaya 27:5
4 apr 2026
Vəhy 1:17 · İbrani̇lərə 12:18
3 apr 2026
2 Peter 3:8–9 · Yeşaya 55:8–11
2 apr 2026
1 Yəhya 5:21 · 2 Kori̇nfli̇lərə 6:17–18
1 apr 2026
Qalati̇yalilara 5:22 · Romalilara 14:17
