Ey Yerusəlimdəki qızlar, Qedar çadırları tək, Süleymanın pərdələri tək Qaralsam da mən, Yenə gözələm.
NƏĞMƏLƏR NƏĞMƏSİ 1:5
Gündəlik İşıq
Ey Yerusəlimdəki qızlar, Qedar çadırları tək, Süleymanın pərdələri tək Qaralsam da mən, Yenə gözələm.
NƏĞMƏLƏR NƏĞMƏSİ 1:5
Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
ZƏBUR 51:5
Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir.
YEZEKEL 16:14
Şimon Peter bunu gördükdə İsanın ayaqlarına düşdü və belə dedi: «Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam».
LUKA 5:8
Ey yarım, nə gözəlsən, nə gözəlsən, Yaşmaq altda gözlərin göyərçinə oxşayır, Saçların Gilead dağının yamaclarından Tökülən keçi sürüsü tək qapqaradır.
NƏĞMƏLƏR NƏĞMƏSİ 4:1
Ona görə özümdən zəhləm gedir, Torpağın, külün içində tövbə edirəm».
ƏYYUB 42:6
Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən.
NƏĞMƏLƏR NƏĞMƏSİ 4:7
Beləcə bu nəticəyə gəlirəm ki, yaxşılıq etmək istərkən məndə pislik üzə çıxır.
ROMALILARA 7:21
Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı».
MATTA 9:2
Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm.
ROMALILARA 7:18
Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
KOLOSSELİLƏRƏ 2:10
Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik.
KOLOSSELİLƏRƏ 1:28
Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.
1 KORİNFLİLƏRƏ 6:11
Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.
1 PETER 2:9
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
9 apr 2026
Isaiah 43:1
8 apr 2026
1 Corinthians 1:5
7 apr 2026
2 Corinthians 6:10
6 apr 2026
Hebrews 7:25
5 apr 2026
Genesis 32:26
4 apr 2026
Revelation 1:17
3 apr 2026
2 Peter 3:8-9