Çox sözlərlə günahı azaltmaq olmaz, Dilini saxlayan ağıllıdır.
SÜLEYMANIN MƏSƏLLƏRİ 10:19
Gündəlik İşıq
Çox sözlərlə günahı azaltmaq olmaz, Dilini saxlayan ağıllıdır.
SÜLEYMANIN MƏSƏLLƏRİ 10:19
Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun.
YAQUB 1:19
İgid olmaqdan səbirli olmaq yaxşıdır, Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür.
SÜLEYMANIN MƏSƏLLƏRİ 16:32
Çünki hamımız çox büdrəyirik. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil bir insandır.
YAQUB 3:2
Çünki öz sözlərinə görə haqq qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan».
MATTA 12:37
Ya Rəbb, ağzıma nəzarətçi qoy, Dodağımın qapısını qoru.
ZƏBUR 141:3
Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz.
1 PETER 2:21
Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi.
1 PETER 2:23
Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz.
İBRANİLƏRƏ 12:3
Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar ləkəsizdir.
VƏHY 14:5
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
10 apr 2026
Song of Solomon 1:5
9 apr 2026
Isaiah 43:1
8 apr 2026
1 Corinthians 1:5
7 apr 2026
2 Corinthians 6:10
6 apr 2026
Hebrews 7:25
5 apr 2026
Genesis 32:26
4 apr 2026
Revelation 1:17