Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir.
SÜLEYMANIN MƏSƏLLƏRİ 3:9
Gündəlik İşıq
Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir.
SÜLEYMANIN MƏSƏLLƏRİ 3:9
Yadda saxlayın: az əkən az, bol-bol əkən bol-bol biçəcək.
2 KORİNFLİLƏRƏ 9:6
Hər həftənin birinci günü hamınız qazancınıza görə müəyyən miqdarda pul ayırıb saxlayın ki, mən yanınıza gələndə ianə yığmağa ehtiyac qalmasın.
1 KORİNFLİLƏRƏ 16:2
Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun.
İBRANİLƏRƏ 6:10
Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
ROMALILARA 12:1
Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü. Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 KORİNFLİLƏRƏ 5:14-15
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
12 apr 2026
Romans 8:3
11 apr 2026
Proverbs 10:19
10 apr 2026
Song of Solomon 1:5
9 apr 2026
Isaiah 43:1
8 apr 2026
1 Corinthians 1:5
7 apr 2026
2 Corinthians 6:10
6 apr 2026
Hebrews 7:25