İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm.
YƏHYA 10:7
Gündəlik İşıq
İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm.
YƏHYA 10:7
O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı.
MATTA 27:51
Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi ki, sizi Allahın hüzuruna gətirsin. O cismən edam edilmiş, amma ruhən həyata qovuşmuşdur.
1 PETER 3:18
Müqəddəs Ruh bununla göstərir ki, çadırın ilk bölməsi durduqca Ən Müqəddəs yerə gedən yol hələ aşkar olmamışdır.
İBRANİLƏRƏ 9:8
Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar.
YƏHYA 10:9
İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
YƏHYA 14:6
Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik. Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.
EFESLİLƏRƏ 2:18-19
Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır.
İBRANİLƏRƏ 10:19-20
Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.
ROMALILARA 5:1-2
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
18 apr 2026
Deuteronomy 18:18
17 apr 2026
Psalms 50:23
16 apr 2026
Psalms 31:22
15 apr 2026
Jeremiah 50:34
14 apr 2026
Psalms 63:5-6
13 apr 2026
Proverbs 3:9
12 apr 2026
Romans 8:3