25 apr 2026
Gündəlik İşıq, 26 aprel: Səni daim qollarında gəzdirər
Gündəlik İşıq
Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır.
Nəğmələr Nəğməsi̇ 2:6
Səni daim qollarında gəzdirər.
Qanunun Təkrari 33:27
Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?»
Matta 14:30–31
Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir. Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
Zəbur 37:23–24
Rəbbin sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın! Rəbb gün boyu onu qoruyur, O da Rəbbin qucağında qalır.
Qanunun Təkrari 33:12
Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.
1 Peter 5:7
Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.
Zəkəri̇yyə 2:8
Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. Onları Mənə verən Atam hamıdan böyükdür.
Yəhya 10:28–29
Şəfəq saçan, Ay tək gözəl, gün tək parlayan, Müzəffər ordu kimi möhtəşəm olan kimdir?
Nəğmələr Nəğməsi̇ 6:10
Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin.
Həvari̇ləri̇n İşləri̇ 20:28
Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
Efesli̇lərə 5:25–27
Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə geyinmiş.
Vəhy 12:1
Çünki Quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb; Geyinmək üçün ona Təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir.
Vəhy 19:7–8
Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir.
Romalilara 3:22
Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun.
Yəhya 17:22
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax24 apr 2026
Yaradiliş 21:1 · Zəbur 62:8
23 apr 2026
Zəbur 18:18 · Yeremya 3:23
22 apr 2026
Levi̇li̇lər 1:3–4 · Yaradiliş 22:8
21 apr 2026
Fi̇li̇pi̇li̇lərə 4:1 · Əyyub 23:11
20 apr 2026
Qanunun Təkrari 13:17 · 2 Kori̇nfli̇lərə 6:17
19 apr 2026
Yəhya 10:7 · Matta 27:51
