9 may 2026
Gündəlik İşıq, 10 may: Puçdur, tamam puçdur! (Vai̇z 1:2)
Gündəlik İşıq
Allahın Oğlu buna görə zühur etdi ki, iblisin əməllərini puça çıxarsın.
1 Yəhya 3:8
Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır.
Efesli̇lərə 6:12
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin.
İbrani̇lərə 2:14
Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.
Kolosseli̇lərə 2:15
Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündə Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı. Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər. Hətta ölümlə üzbəüz olanda da Öz canlarını sevmədilər.
Vəhy 12:10–11
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 Kori̇nfli̇lərə 15:57
Puçdur, tamam puçdur!
Vai̇z 1:2
İllərimiz bir nəfəs tək tükənir. Yetmiş il ömür sürərik, Sağlam olsaq, səksənə yetişərik. Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir, Ömrümüz tez bitir, uçub-gedir.
Zəbur 90:9–10
Əgər yalnız bu həyat üçün Məsihə ümid bağlamışıqsa, biz hamıdan yazığıq.
1 Kori̇nfli̇lərə 15:19
Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.
İbrani̇lərə 13:14
Mən Rəbbəm və heç vaxt dəyişmirəm.
Malaki̇ 3:6
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.
Fi̇li̇pi̇li̇lərə 3:20–21
Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki.
Romalilara 8:20
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İbrani̇lərə 13:8
Var Olmuş, Var Olan və Gəlməli Olan Külli-İxtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!
Vəhy 4:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax8 may 2026
Yeşaya 53:10 · Yəhya 12:27–28
7 may 2026
Matta 24:6 · Zəbur 46:1–3
6 may 2026
Zəbur 85:10 · Yeşaya 45:21
5 may 2026
Matta 6:31–32 · Zəbur 34:9–10
4 may 2026
Yeşaya 59:1 · Zəbur 138:3
3 may 2026
Matta 5:48 · Yaradiliş 17:1
