Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar.
MATTA 12:34
Gündəlik İşıq
Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar.
MATTA 12:34
Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.
KOLOSSELİLƏRƏ 3:16
Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur.
SÜLEYMANIN MƏSƏLLƏRİ 4:23
Ölüm və həyat dilin əlindədir, Onu sevənlər barından yeyir.
SÜLEYMANIN MƏSƏLLƏRİ 18:21
Salehin ağzından hikmət çıxar, Dili haqq söz danışar. Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir.
ZƏBUR 37:30-31
Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.
EFESLİLƏRƏ 4:29
Axı eşidib-gördüklərimizi deməyə bilmərik».
HƏVARİLƏRİN İŞLƏRİ 4:20
«Mən çox əzab çəkirəm» deyərkən İnamımı itirməmişdim.
ZƏBUR 116:10
İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm.
MATTA 10:32
Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur.
ROMALILARA 10:10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
13 iyl 2026
Song of Solomon 7:10
12 iyl 2026
Exodus 33:14
11 iyl 2026
Jeremiah 15:20
10 iyl 2026
Matthew 10:24
9 iyl 2026
Zechariah 3:4
8 iyl 2026
1 John 1:9
7 iyl 2026
Matthew 4:1