Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun.
MATTA 6:10
Gündəlik İşıq
Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun.
MATTA 6:10
Rəbbə alqış edin, ey Onun mələkləri, Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər! Rəbbə alqış edin, ey səmanın bütün orduları, İradəsini yerinə yetirən xidmətçiləri!
ZƏBUR 103:20-21
Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm.
YƏHYA 6:38
Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir».
ZƏBUR 40:8
İsa yenə ikinci dəfə uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun».
MATTA 26:42
Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək.
MATTA 7:21
Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır.
ROMALILARA 2:13
Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.
YƏHYA 13:17
Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir.
YAQUB 4:17
Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
ROMALILARA 12:2
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
14 iyl 2026
Matthew 12:34
13 iyl 2026
Song of Solomon 7:10
12 iyl 2026
Exodus 33:14
11 iyl 2026
Jeremiah 15:20
10 iyl 2026
Matthew 10:24
9 iyl 2026
Zechariah 3:4
8 iyl 2026
1 John 1:9