25 avqust 2026, çərşənbə axşamı

Gündəlik İşıq

25 avq 2026

Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.

YEŞAYA 61:10

Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək. Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin! Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq.

ZƏBUR 34:1-3

Axı Rəbb Allah günəşdir, sipərdir, Rəbb lütf və şərəf verir, Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir. Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!

ZƏBUR 84:11-12

Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!

ZƏBUR 103:1

Aranızda əzab çəkən varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi oxusun.

YAQUB 5:13

Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun. Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.

EFESLİLƏRƏ 5:18-20

Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.

KOLOSSELİLƏRƏ 3:16

Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar.

HƏVARİLƏRİN İŞLƏRİ 16:25

Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!

FİLİPİLİLƏRƏ 4:4

Süni intellektlə tərcümə edilib, Müqəddəs Kitab sitatları da daxil olmaqla — istənilən istinadı açın və Azərbaycan Bibliyası 2008 tərcüməsində oxuyun.

Sizin əlinizdəki Müqəddəs Kitab Allahın Kəlamıdır. Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur.

Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).

Son günlər