Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan.
ZƏBUR 23:5
Gündəlik İşıq
Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan.
ZƏBUR 23:5
Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər! Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz. Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər.
ZƏBUR 34:8-10
Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir. Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür.
MƏRSİYƏLƏR 3:22-23
Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır. Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu.
ZƏBUR 16:5-6
İstər Paul, istər Apollo, istər Kefa olsun, dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir.
1 KORİNFLİLƏRƏ 3:22
Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun!
EFESLİLƏRƏ 1:3
Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm, çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam.
FİLİPİLİLƏRƏ 4:11
Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir.
1 TİMOTEYƏ 6:6
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
FİLİPİLİLƏRƏ 4:19
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
25 avq 2026
Isaiah 51:1
24 avq 2026
Exodus 3:7
23 avq 2026
Jeremiah 31:3
22 avq 2026
Romans 14:7-8
21 avq 2026
Psalms 119:57
20 avq 2026
Numbers 23:19
19 avq 2026
1 Peter 1:15