21 okt 2026
Gündəlik İşıq, 22 oktyabr: Ey Allahım (Zəbur 108:1)
Gündəlik İşıq
Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb, Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.
Zəbur 108:1
Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?
Zəbur 27:1
Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, Çünki onlar Sənə güvənir.
Yeşaya 26:3
Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, Cəsur ürəklidir, Düşmənlərinin süqutunu görənədək qorxmaz.
Zəbur 112:7–8
Bu dəhşətli gündə Mən yalnız Sənə güvənirəm.
Zəbur 56:3
Dar gündə məni çardağında gizlər, Çadırının örtüyü ilə örtər, Qaya başındakı yüksək yerə gətirər. İndi ətrafımdakı düşmənlərimin üzərində Qələbələr çalacağam, Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm, Onu ilahilərlə tərənnüm edəcəyəm.
Zəbur 27:5–6
Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. Qüdrət əbədi olaraq Onun olsun!
1 Peter 5:10–11
Rəbb taxtını göylərdə qurub, Hər yerdə hökmranlıq edir.
Zəbur 103:19
Ətəyin üstünə püşk atılar, Amma hökm Rəbdən gələr.
Süleymanin Məsəlləri̇ 16:33
Əgər Rəbb bəla göndərməsə, Hansısa bir şəhərə bəla gələrmi?
Amos 3:6
Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, Halbuki Məni tanımırdın. Beləliklə, gündoğandan günbatana qədər qoy bilsinlər ki, Məndən savayı heç kim yoxdur, Rəbb Mənəm, başqası yoxdur. Nuru, qaranlığı, sülhü, fəlakəti yaradan Mənəm, Bütün bunları edən Rəbb Mənəm.
Yeşaya 45:5–7
O həm səma ordusunun, həm də dünyada yaşayanların arasında Öz hökmünü yeridir. Onun əlini saxlayacaq yaxud Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur.
Dani̇el 4:35
Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
Romalilara 8:31
Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir.
1 Kori̇nfli̇lərə 15:25
Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü.
Luka 12:32
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax20 okt 2026
Romalilara 7:22 · Zəbur 119:97
19 okt 2026
Süleymanin Məsəlləri̇ 3:26 · Zəbur 76:10
18 okt 2026
Yəhya 19:34 · Çixiş 24:8
17 okt 2026
Zəbur 89:16 · Yeşaya 45:24–25
16 okt 2026
Romalilara 12:11 · Vai̇z 9:10
15 okt 2026
Zəbur 59:9 · İki̇nci̇ Şamuel 22:2–3
