16 Allahınız Rəbbi Massada sınadığınız kimi sınamayın. 17 Ona görə də Allahınız Rəbbin sizə buyurduğu əmrlərə, göstərişlərə və qanunlara diqqətlə əməl edin. 18 Rəbbin gözündə doğru və yaxşı olana əməl et ki, xoş güzəranın olsun, Rəbbin atalarına vəd etdiyi gözəl torpağı irs olaraq ala biləsən. 19 Rəbb də söz verdiyi kimi bütün düşmənlərini qarşından qovacaq.
20 Əgər gələcəkdə oğlun sənə “Allahımız Rəbbin sizə buyurduğu göstərişlərin, qayda və hökmlərin mənası nədir?” deyə soruşsa, 21 oğluna belə de: “Biz Misirdə fironun köləsi idik. Rəbb oradan bizi qüdrətli əli ilə çıxartdı. 22 Rəbb gözümüzün önündə Misirə, fironla bütün ailəsinə böyük, dəhşətli əlamətlər və möcüzələr göstərdi. 23 Bizi oradan çıxartdı ki, atalarımıza vəd etdiyi bu torpağa gətirsin və oranı bizə versin. 24 Allahımız Rəbb bütün bu qaydalara əməl etməyi və Ondan qorxmağı bizə ona görə buyurdu ki, həmişə güzəranımız xoş olsun, bugünkü kimi bizi sağ saxlasın. 25 Allahımız Rəbbin hüzurunda bizə buyurduğu bütün bu əmrlərə diqqətlə əməl etsək, bunu bizə salehlik sayacaq”.
1 Allahınız Rəbb sizi gedəcəyiniz torpağa aparır. Siz oranı mülk olaraq alacaqsınız. O sizin önünüzdən bir çox milləti – Xetliləri, Qirqaşlıları, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları – sizdən xeyli çox, xeyli qüvvətli yeddi milləti qovacaq. 2 Allahınız Rəbb onları sizə təslim edəcək. Siz onları məğlub edərək tamamilə məhv edin. Onlarla əhd bağlamayın və rəhm etməyin. 3 Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın. 4 Çünki onlar övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər. Onda Rəbbin sizə qarşı qəzəbi alovlanacaq və tezliklə sizi yox edəcək. 5 Onlarla belə rəftar edin: qurbangahlarını dağıdıb daş sütunlarını sındırın, ilahə Aşera bütlərini baltalayıb oyma bütlərini odda yandırın. 6 Çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi.
26 Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman
Allahı sınamaq (ayə 16) əslində Onu dediklərini sübut etməyə məcbur etmək deməkdir. Bu, imansızlıqdan başqa bir şey deyil. Massada xalq Rəbbin həqiqətən onların arasında olduğunu dəqiq bilmək istəyirdi (Çıxış 17:7), halbuki İsanın mələklərə Onun haqqında əmrlər verildiyini bilmək üçün məbədin hündürlüyündən özünü atmasına heç bir ehtiyac yox idi (Matta 4:6).
7-ci ayəyə görə, valideynlər Rəbbin sözlərini övladlarına öyrətməkdən məsul idilər. Bizim 20-ci ayəmiz oğulların atalarına sual verməsini nəzərdə tutur. Belə suallar üç başqa halda da nəzərdə tutulur. Çıxış 12:26-da Pasxa mövzusudur (xilas yolu nədir?). Çıxış 13:14-də isə bundan sonra gələn ayrılıqdan bəhs edilir (dünyadan bu davamlı ayrılıq niyə?). Nəhayət, Yeşua 4:6-da İordandan götürülmüş və Kənana qoyulmuş on iki daşla bağlıdır (imanlının səmavi mövqeyi və Məsihin bədəni kimi Kilsənin birliyi ilə bağlı bir sual). Əziz gənc dostlar, bu sualları verin! Nə gözəl cavablar alacaqsınız! (ayələr 21-25).
İsrail Kənanlılara aid heç bir şeyi, nə də onların tanrılarını əsirgəməməli idi. Bu, ümumiyyətlə fəth edən millətləri motivasiya edən döyüşkən və hökmran ruhu təmin etmək üçün deyil, çünki İsrail Rəbb üçün müqəddəs bir xalq idi (ayə 6).