Rəbb yaxındır — 8 mart 2025: 1 Korinflilərə: Yığıncaq Nizamı, Birlik və Dirilmə Həqiqəti

Rəbb yaxındırLeslie Grant

Rəbb Yaxındır

2 Allahın Korinfdə olan imanlılar cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir.

23 Bizsə çarmıxa çəkilmiş Məsihi vəz edirik. Bu, Yəhudilər üçün büdrəmə daşı, başqa millətlər üçün isə ağılsızlıq sayılır. 24 Amma çağırılan həm Yəhudilər, həm də Yunanlar üçün Məsih Allahın qüdrəti və Allahın müdrikliyidir.

1 Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün. 2 Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərifləyirəm. 3 Bunu da bilmənizi istəyirəm ki, hər kişinin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır. 4 Başına nə isə qoyub dua yaxud peyğəmbərlik edən hər kişi öz başını şərəfsiz edir. 5 Başıaçıq dua yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. 6 Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. 7 Beləliklə, kişiyə Allahın surəti və izzəti olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir. 8 Çünki kişi qadından yox, qadın kişidən yarandı. 9 Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı. 10 Bu səbəbdən mələklərə görə qadının başı üzərində ixtiyar olmalıdır. 11 Hər halda Rəbdə nə qadın kişidən, nə də kişi qadından müstəqildir. 12 Çünki qadın kişidən yarandığı kimi kişi də qadın vasitəsilə yaranır və hər şey Allahdan yaranır. 13 Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı? 14 Məgər təbiətin özü sizə kişinin saçı uzun olmasının özü üçün hörmətsizlik, 15 qadının saçlarının uzun olması isə onun üçün şərəf olduğunu öyrətmir? Çünki qadına saç örtük kimi verilib. 16 Bu barədə kim mübahisə etmək istəyirsə, bilsin ki, nə bizim, nə də Allahın cəmiyyətlərinin belə bir adəti var. 17 Sizin toplantılarınız xeyirdən çox zərər gətirdiyinə görə aşağıda yazılan əmrlərdən çıxış edərək sizi tərifləmirəm. 18 Çünki əvvəl eşitmişəm ki, cəmiyyətdə yığılanda aranızda dəstəbazlıq olur. Buna mən bir az da olsa, inanıram. 19 Çünki Allahın sınaqdan keçmiş adamları bəlli olsun deyə aranızda firqələrə bölünmə olmalıdır! 20 Xüsusən bir yerə toplaşanda yediyiniz Rəbbin süfrəsi deyil. 21 Çünki biriniz o birisini gözləmədən süfrənizi açırsınız və biri ac qalır, o birisi isə sərxoş olur. 22 Yeyib-içmək üçün evləriniz yoxdurmu? Bəlkə siz Allahın cəmiyyətinə xor baxırsınız və yoxsulları utandırmaq istəyirsiniz? Sizə nə deyim? Sizi tərifləyimmi? Əsla! Bu işdə sizi tərifləməyəcəyəm. 23 Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, 24 şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». 25 Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin». 26 Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz. 27 Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud Onun kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır. 28 Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin. 29 Çünki kim Rəbbin bədənini dərk etməmiş yeyib-içsə, yeyib-içərək öz üzərinə mühakimə gətirir. 30 Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir, bəziləri isə vəfat etmişdir. 31 Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik. 32 Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir. 33 Beləliklə, qardaşlarım, yeməyə toplaşanda bir-birinizi gözləyin. 34 Ac olan varsa, qoy evində yesin ki, toplantınız mühakiməyə çevrilməsin. Qalan məsələləri isə özüm gələndə nizama salacağam. 1 Qardaşlar, indi isə ruhani ənamlara gəlincə, bixəbər olmağınızı istəmirəm. 2 Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağızsız bütlərə tərəf yönəldiniz. 3 Buna görə sizi xəbərdar edirəm ki, Allahın Ruhu vasitəsilə danışan heç kim «İsaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz. 4 Müxtəlif ənamlar var, amma Ruh eynidir. 5 Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. 6 Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. 7 Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur. 8 Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir. 9 Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir. 10 Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir. 11 Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır. 12 Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir; 13 çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik. 14 Bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir. 15 Ayaq «mən əl olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. 16 Qulaq «mən göz olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. 17 Bütün bədən gözdən ibarət olsaydı, necə eşidərdik? Bütün bədən qulaq olsaydı, necə iy bilərdik? 18 Amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi. 19 Əgər hamısı bir üzv olsaydı, bədən nə vəziyyətdə qalardı? 20 Doğrudan da, üzv çox, bədən isə birdir. 21 Göz ələ «sən mənə lazım deyilsən» və yaxud baş da ayaqlara «siz mənə lazım deyilsiniz» deyə bilməz. 22 Əksinə, bədənin daha zəif görünən üzvləri daha çox lazımlıdır, 23 dəyəri az saydığımız bədən üzvlərini daha çox dəyərləndiririk, görünməyən üzvlərimizə də xüsusi qayğı göstəririk. 24 Görünən üzvlərimizin isə buna ehtiyacı yoxdur. Lakin Allah aşağı tutulan üzvü daha çox dəyərləndirərək bədəni elə düzəltdi ki, 25 bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin. 26 Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir. 27 Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz. 28 Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi. 29 Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilirmi? 30 Hamının şəfa ənamları varmı? Hamı naməlum dillərdə danışırmı? Hamı belə dilləri izah edə bilirmi? 31 Amma daha böyük ənamları səylə istəyin. İndi isə sizə bundan da əla yol göstərəcəyəm. 1 Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm. 2 Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm. 3 Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur. 4 Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, 5 kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz. 6 Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. 7 O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər. 8 Məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq, dillər ənamı da qurtaracaq, bilik də aradan qalxacaq. 9 Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. 10 Kamillik gələndə məhdud olan aradan qalxacaq. 11 Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim. 12 İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm. 13 İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür. 1 Məhəbbətin ardınca gedin və ruhani ənamları, xüsusilə, peyğəmbərlik ənamını səylə istəyin. 2 Çünki naməlum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir. 3 Peyğəmbərlik edənsə adamlarla onları ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışar. 4 Naməlum dildə danışan özünü inkişaf etdirir, peyğəmbərlik edənsə cəmiyyəti inkişaf etdirir. 5 İstərdim ki, hamınız dillərdə danışasınız, daha yaxşı olar ki, peyğəmbərlik edəsiniz. Çünki cəmiyyətin inkişafı üçün peyğəmbərlik edən insan dillərdə danışan və izah etməyən insandan üstündür. 6 İndi isə, qardaşlar, yanınıza gəlib dillərdə danışsam, amma nazil olan sözü, bilik, peyğəmbərlik yaxud təlim sözünü sizə deməsəm, sizə nə xeyrim dəyər? 7 Tütək ya da çəng kimi cansız alətlər fərqli səslər çıxarmazsa, eşidən nə çalındığını necə bilər? 8 Əgər şeypur aydın olmayan səs çıxararsa, döyüşə kim hazırlaşar? 9 Eyni tərzdə də əgər siz dilinizlə anlaşılan sözlər söyləməsəniz, dediyinizi necə başa düşərlər? Siz havaya danışmış olursunuz! 10 Şübhəsiz, dünyada bir çox cürbəcür danışıqlar var və onlardan heç biri mənasız deyil. 11 Amma söylənilən danışığın mənasını bilmirəmsə, mən danışan üçün yadelli oluram, danışan da mənə yadelli olur. 12 Eləcə siz də ruhani ənamları səylə istədiyiniz üçün cəmiyyəti inkişaf etdirən ənamlarda üstün olmağa çalışın. 13 Bu səbəbdən də naməlum dildə danışan öz dediklərini izah edə bilməsi üçün dua etsin. 14 Çünki əgər mən naməlum dildə dua edirəmsə, ruhum dua edir, amma şüurum bəhrəsiz qalır. 15 Bəs mən nə edim? Ruhən də, şüurlu surətdə də dua edəcəyəm, ruhən də, şüurlu surətdə də ilahi oxuyacağam. 16 Təlim öyrənməmiş adamın vəziyyətini nəzərə al. Sən yalnız ruhən şükür duası edirsənsə, o sənin şükranına necə «Amin!» desin? Axı sənin nə dediyini başa düşmür. 17 Əlbəttə, sən yaxşı şükür edirsən, amma bu adam inkişaf edə bilməz. 18 Mən dillərdə hamınızdan çox danışdığım üçün Allaha şükür edirəm. 19 İmanlılar cəmiyyətində isə naməlum dildə minlərlə söz deməkdənsə başqalarını öyrətmək üçün şüurlu surətdə beş kəlmə deməyi üstün tuturam. 20 Qardaşlar, əqlən uşaq olmayın. Pisliyə münasibətdə körpə olun, amma əqlən yetkin olun. 21 Qanunda yazılıb: «Rəbb deyir: “Bu xalqla yadellilərin ağzı ilə, Başqalarının dilləri ilə danışacağam. Amma onlar hətta o vaxt məni eşitmək istəməyəcəklər”». 22 Beləliklə, naməlum dillər iman edənlər üçün deyil, imansızlar üçün bir əlamətdir. Peyğəmbərlik isə iman etməyənlər üçün deyil, imanlılar üçündür. 23 Əgər bütün cəmiyyət bir yerdə toplaşıb, hamı naməlum dillərdə danışmağa başlayarsa və təlim öyrənməmiş adamlar yaxud iman etməyənlər oraya girərlərsə, deməzlər ki, siz ağlınızı itirmisiniz? 24 Amma hamı peyğəmbərlik edirsə və oraya iman etməyən yaxud təlim öyrənməmiş adam girirsə, o hamı tərəfindən inandırılacaq, hər sözlə özünü araşdıracaq. 25 Ürəyindəki gizli fikirlər aşkara çıxacaq və o üzüstə yerə döşənib Allaha səcdə edəcək və «Allah, həqiqətən, aranızdadır!» deyib nida edəcək. 26 Bəs onda nə deyək, ey qardaşlar? Toplaşanda hər birinizin bir ilahisi, bir dərsi, bir nazil olan sözü, bir naməlum dildə sözü, bir izahı var. Qoy bunlar hamısı bir-birinizin inkişafı üçün olsun. 27 Əgər kimsə naməlum dildə danışırsa, iki yaxud ən çox üç adam növbə ilə danışsın, bir nəfər də izah etsin. 28 Əgər izah edən yoxdursa, naməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özü ilə və Allahla danışsın. 29 İki ya üç peyğəmbər danışsın, başqaları isə onların dediklərini ayırd etsin. 30 Əgər oturanlardan birinə nazil olan söz gələrsə, ilk danışan sussun. 31 Çünki hamınız bir-birinizin ardınca peyğəmbərlik edə bilərsiniz ki, hamınız təlim öyrənib ruhlanasınız. 32 Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur. 33 Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir. 34 Qadınlar cəmiyyət toplantılarında sussun, çünki onlara danışmağa icazə verilmir; onlar Qanunun da buyurduğu kimi tabe olsunlar. 35 Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərindən soruşsunlar. Çünki qadına cəmiyyətdə danışmaq ayıbdır. 36 Məgər Allahın kəlamı siz Korinflilərdən qaynaqlandı, yoxsa yalnız sizə çatdı? 37 Kim özünü peyğəmbər və ya ruhani hesab etsə, qoy bilsin ki, sizə yazdıqlarım Rəbbin əmridir. 38 Kim buna əhəmiyyət verməsə, ona da əhəmiyyət verilməyəcək. 39 Beləliklə, qardaşlarım, peyğəmbərlik etməyi səylə istəyin və naməlum dillərdə danışmağa da mane olmayın. 40 Amma qoy hər şey ədəblə və intizamla edilsin.

1 Kori̇nfli̇lərə 1:2 · 1 Kori̇nfli̇lərə 1:23–24 · 1 Kori̇nfli̇lərə 11–14 · AZJ08

«doymuş və ya razı» deməkdir. Korinflilərə birinci məktub Pavel tərəfindən erkən Kilsədə Korinfdə icazə verilən nizamsızlıqları düzəltmək üçün yazılmışdır. Bu məktub, miqyasında Allahın Kilsəsi üçün ən zəruri olan yerli idarəetməsi və nizamının möhkəm, praktik prinsiplərini müəyyən edir. Bu səlahiyyətli universal tətbiq 1:2; 4:17; 11:16 və 14:33, 37-də vurğulanır.

şəhəri fəlsəfəsinin mərkəzi idi, lakin əxlaqi cəhətdən pozulmuşdu. görə də dünyanın hikməti 1-ci fəsildə rədd edilir. 2-ci fəsil onu Allahın Ruhu vasitəsilə olan vəhyi ilə əvəz edir, çünki « insan Allahın Ruhunun şeylərini qəbul etmir» (2:14). İnsan hikməti Allahın Yığıncağının yolunu nizamlaya bilməz, lakin Allahın Sözü Allahın Ruhu tərəfindən qəlblərə və vicdanlara tətbiq edildikdə, Allahın düşüncəsinə uyğun olaraq ilahi nizamı qorumaq üçün kifayətdir. 1-ci və 2-ci fəsillərdə intellektual qürur rədd edilir; 3-cü fəsildən 7-ci fəslə qədər cismani pozğunluq olunur; və 8-ci fəsildən 10-cu fəslə qədər vasitəsilə hər hansı bir şeytani təsirlə ünsiyyətdən qorunur.

11-ci fəsildən 14-cü fəslə qədər həqiqəti və təcrübəsinin əsas detalları verilir. Məsihin bədəninin birləşmələrdən ayrılaraq birliyi boyu vurğulanır. Lakin , ilahi məşq tələb edən hədiyyələrin müxtəlifliyində nümayiş etdirilir. Sağlam təlimin əhəmiyyəti də həyati bir məsələdir və 15-ci fəsil Məsihin və Onun gəlişində müqəddəslərinin dirilməsi həqiqətini Allahın Yığıncağının şahidliyinin əsası kimi güclü şəkildə vurğulayır. Birinci Korinflilərə məktubu, Məsihin bədəninin hər bir üzvünə qarşı qiymətləndirməni və qayğını təşviq etmək və Allahın düşüncəsinə uyğun olaraq kollektiv şahidliyi gücləndirmək üçün dəyərli bir kitabdır.

Əvvəlcə Rəbb yaxındır saytında dərc edilib. Müqəddəs Kitab sitatları da daxil olmaqla, süni intellektlə tərcümə edilib — istənilən istinadı açaraq onu Azərbaycan Bibliyası 2008 dilində oxuyun.

© United Bible Societies 2009 www.unitedbiblesocieties.org

Ronnie Schmutz tərəfindən Unsplash-də çəkilmiş foto

Son günlər

Hamısına bax