Zəbur 104, 105 və 106-da ibrətamiz bir hekayə var. Zəbur 104 dünyanı yaradan hikmət Allahını tərifləyir; Zəbur 105 Onun xilasedici gücünü və lütfünü ucaldır. Lakin Zəbur 106 etiraf edir ki, Onun xalqı dəfələrlə Yaradanı və Xilaskarı olan Ona qarşı üsyan etmişdi. O, ədalətlə onları mühakimə etdi və əsirlikə göndərdi.
Müqəddəs Kitablarımız toplanmış 150 Zəburu beş hissəyə və ya kitaba bölür və Zəbur 106 dördüncünü tamamlayır. Bu, olduqca kədərli bir sondur. Orada tapılan yeganə ümid odur ki, Allah yenidən mərhəmət göstərər və xalqını yenidən toplayar (Zəb. 106:47). Lakin sonra Zəbur 107-nin sevinci gəlir! “Rəbbin fidyə verdikləri belə desinlər, O, onları fidyə verib… və torpaqlardan yığıb” (107:2–3), Zəbur 106-nın yazıçısının dua etdiyi kimi.
Zəbur 107 xilasın dörd nümunəsini verir. Bəzi insanlar ruhları zəifləmiş halda səhrada dolaşırdılar, lakin Rəbb onları bir şəhərə apardı (ay. 4–9). Bəziləri üsyanlarına görə zəncirlərə və ağır əməyə dözdülər, lakin Rəbb onları qaranlıqdan çıxardı və zəncirlərini qırdı (ay. 10–16). Digərləri axmaq günahlarına görə fiziki sıxıntı çəkdilər, lakin onları Öz sözü ilə sağaltdı (ay. 17–22). Hələ başqaları fırtınalı dənizlərlə üzləşdilər və çarəsiz qaldılar, lakin dalğaları sakitləşdirdi və onları təhlükəsizliyə çıxardı (ay. 23–32). Hər bir halda, zəburçu bəyan edir: “Kaş ki, insanlar Rəbbə Öz yaxşılığına və bəşər övladlarına etdiyi möcüzəli işlərinə görə şükür etsəydilər!”




