Analar Günü üçün
Evdar Qadının
Duası
Ey Rəbb, gündəlik işlərimi görərkən, məni
Sənə olan sevgi ilə parlat ki,
bütün evim Sənin izzətinə bir qurbangah olsun.Yataqları düzəldərkən, mənə kömək et
narahatlıq və qorxu qırışlarını
üzümdən hamarlaşdırım və Sənə daha çox güvənməyi öyrənim.Qabları yuyarkən, mənə öyrət
bunu günün günahlarını yumaq kimi düşünüm
və Sənin sevimli yuyucu vasitənin tövbə olduğunu xatırlayım. Alma piroqu bişirərkən, mənə xatırlat
həyatımı yaxşı meyvə, bir az ədviyyat, şirinlik
və ona məqsəd və məna vermək üçün kifayət qədər qabıqla dadlandırım.Ey Rəbb, Səni
ev işləri səviyyəsinə endirmirəm, əksinə onları
Sənin müqəddəslik səviyyənə qaldırıram. Amin.Müəllif Naməlum«Nə edirsinizsə,
bütün qəlbinizlə edin,
insanlar üçün deyil, Rəbb üçün işləyirmiş kimi,
çünki bilirsiniz ki,
mükafat olaraq Rəbbin mirasından pay alacaqsınız.
Xidmət etdiyiniz Rəbb Məsihdir.»
Koloslulara 3:23-24






