Budur Allahın qulu üçün bir yoxlama siyahısı.
Zəhmət olmasa, yoxlayın və Allahın Kəlamına uyğun olaraq özümüzü düzəltməyə çalışaq (-:
Hər kəs üçün ruhani yoxlama:
Mən dua həyatımda müntəzəməmmi? (Həvarilərin İşləri 3:1; Luka 5:15,16)
- Mən Müqəddəs Kitab üzərində düşünməkdə sistemliyəmmi? (Ezra 7:10; Luka 4:16,17)
- Mən düşüncə saflığına ciddi yanaşırammı? (Süleymanın Məsəlləri 4:23; Matta 15:18,19)
- Mən sözlərimə diqqət edirəmmi? (Yaqub 3:1,2; Efeslilərə 5:4)
- Mən qida vərdişlərimdə özümü idarə edirəmmi? (Süleymanın Məsəlləri 23:1,2; 1 Korinflilərə 6:12,13)
- Mən sadə həyat tərzi ilə kifayətlənirəmmi? (1 Timoteyə 6:6-8; Filipililərə 4:11-13)
- Mən həyat yoldaşıma sadiqəmmi? (1 Timoteyə 3:2a; Romalılara 2:22a)
- Mən valideyn kimi vəzifəmi yerinə yetirirəmmi? (1 Timoteyə 3:4,5; Qanunun Təkrarı 6:6,7)
- Mən mülki qanunlara itaət edirəmmi? (Matta 17:25-27; Romalılara 13:1-7)
- Mən pul məsələlərində şəffafammi? (2 Korinflilərə 8:20-22; Həvarilərin İşləri 20:33,34)
- Mən qoyunlarıma qarşı məhəbbətliyəmmi? (2 Korinflilərə 12:15; 1 Korinflilərə 13:1,2)
- Mən insanları öyrətməyə sadiqəmmi? (Luka 11:1,2; Efeslilərə 4:11-13)
- Mən yoxsullara qarşı şəfqətliyəmmi? (Qalatiyalılara 2:9,10; Həvarilərin İşləri 20:35)
- Mən qərəzsizəmmi? (1 Timoteyə 5:21; 2 Salnamələr 19:5-9)
- Mən kastizmə, regionalizmə, nepotizmə və s. qarşı ölmüşəmmi? (Koloslulara 3:9-11; Vəhy 7:9,10)
- Mən müjdəçilik və missiyalarda həvəsliyəmmi? (Yəhya 10:16; Matta 9:36-38)
- Mən hesabat verməkdə doğruyammi? (Romalılara 15:18; Mark 6:5)
- Mən başqalarına qarşı məsuliyyətliyəmmi? (2 Korinflilərə 8:18,19,22-24; Həvarilərin İşləri 15:22)
- Mən islahata açığammi? (Qalatiyalılara 2:11-14; Vaiz 4:13)
- Mən haqqımda pis danışılarkən sakitəmmi? (1 Peter 2:21-23; Matta 5:11,12)
- Mən başqalarının nüfuzuna hörmət edirəmmi? (Süleymanın Məsəlləri 17:9; 2 Şamuel 1:19,20)
- Mən iş yoldaşlarımla dostammi? (Yəhya 15:15; Həvarilərin İşləri 20:17,36-38)
- Mən digər xidmətlərlə əməkdaşlıq edirəmmi? (Luka 5:5-7; Qalatiyalılara 2:7-9)
- Mən çox çalışırammı? (1 Korinflilərə 15:10,58; Yəhya 9:4,5)
- Mən özümü inkar edirəmmi? (Luka 9:23; Yəhya 3:30)





