İbrahimə deyilən söz budur: «Ölkəndən, ailəndən və atanın evindən çıx.» İbrahimə Ur şəhərində qalıb insanın pisliyi ilə məşğul olmaq, ya da onun sosial vəziyyətini yaxşılaşdırmağa çalışmaq, ya da daxili adətlərini islah etmək, ya da onu daha yaxşı və daha parlaq bir dünya etməyə çalışmaq deyilmir. O, hər cür şəkildə ondan çıxmağa çağırılır. O, siyasi dünyanı: «ölkən»; sosial dünyanı: «qohumların» və ailə dünyasını: «atanın evi» tərk etməlidir.
Bu gün çağırış heç də az qəti deyil. Ətrafımızdakı dünya gücsüz dindarlıq formasına malik bir dünyadır, pozulmuş Xristianlıq dünyasıdır; və bizə səmavi çağırışın iştirakçıları olduğumuzu söyləyən İbranilərə məktub (3:1) bizi onun pozğunluğundan ayrılmağa çağırır. Biz «düşərgənin xaricinə [İsanın] yanına getməli və Onun çəkdiyi tənəni daşımalıyıq» (13:13). Bu o demək deyil ki, biz hökumətə nifrət etməliyik; bu hələ də Allahın təyinatıdır. Nə də ailə bağlarını laqeyd qoya bilmərik; onlar Allah tərəfindən əmr edilmişdir. Nə də nəzakətli, xeyirxah olmağı və fürsət tapdıqca bütün insanlara yaxşılıq etməyi dayandırmalıyıq. Lakin, imanlılar olaraq, biz dünyanın siyasi fəaliyyətlərində, sosial dairədə və ailələrimizin iman gətirməmiş üzvlərinin Allahsız zövq tapdığı bütün sahədə iştirak etməkdən çağırılmışıq. Bizdən dünyanı islah etmək və ya onun vəziyyətini yaxşılaşdırmağa çalışmaq deyil, ondan çıxmaq tələb olunur. Söz hələ də budur: «Onların arasından çıxın və onlardan ayrılın, Rəbb deyir» (2 Korinflilərə 6:17).