Yazıçılar və fəriseylər Rəbb İsanı xüsusilə incə bir tələyə sala biləcəklərini düşünürlər. Lütf və həqiqət Onun vasitəsilə gəldi (Yəhya 1:17). Əgər O, bu günahkar qadını məhkum etsəydi, hamının bildiyi lütf harada olardı (Luka 4:22)? Əgər O, onu bağışlasa, bu, həqiqətin zərərinə, qanuna zidd olmazdımı? Öz yanılmaz hikmətində Rəbb İsa onlara göstərir ki, bu qanun hər kəsə çatır. Bu, qulpu olmayan bir qılınca bənzədilib ki, ilk növbədə onu istifadə edən şəxsi yaralayır.
Təəssüf ki, xatırladılan günahları etiraf etmək əvəzinə, ittiham edənlər bir-bir, utancaq halda gedirlər (Eyub 5:13). «Dünyanın İşığı» onların qarşısındadır (12-ci ayə). Lakin «insanlar işıqdan daha çox qaranlığı sevdilər», daşı qaldırdıqda başqa yerə gizlənən həşəratlar kimi (Yəhya 3:19). Sonra günahsız olan və cəza vermək hüququna malik olan yeganə Kəs qadına deyir: «Mən də səni məhkum etmirəm». O, əlavə edir: «Get və bir daha günah etmə» (11-ci ayə). Bir çox insan yaxşı davranışları ilə Allahın bağışlanmasını qazanmağa çalışır, halbuki Rəbb əvvəlcə bağışlayır və yalnız sonra insanlara bir daha günah etməməyi əmr edir (müq. Yəhya 5:14; Zəbur 130:4; 1 Yəhya 3:9).