Allahın bizə verdiyi xilaslar (qurtuluşumuzdan başlayaraq) bizim layiq olduğumuz şeylərdən deyil, yalnız Onun lütfündən asılıdır. Digər tərəfdən, Onun Oğluna gəlincə, Onda elə bir mükəmməllik tapıldı ki, Allah Onu xilas etməyə bilməzdi. Bütün insanlar arasında Məsih, əgər belə demək mümkünsə, dirilişinə layiq olan yeganə şəxsdir. İsanı çarmıxda görənlərə, Onun tərk edilməsi Allahın narazılığının əlaməti kimi görünürdü. Lağ edənlər «başlarını yelləyirdilər»: «Qoy onu xilas etsin, çünki ondan razı idi» (Zəbur 22:8) və ya «...əgər onu istəyərsə» (Matta 27:43). Allah İsanı ölülərdən dirildərək bu çağırışı qəbul etdi. Və Atasının ürəyini bilən Oğul, ölümün o tayından cavab verir: «O, məni xilas etdi, çünki məndən razı idi» (ayə 20).
Bundan sonra İsanın Allaha Onda məmnunluq tapması üçün verdiyi möhtəşəm səbəblər gəlir: Onun salehliyi və əməllərinin saflığı (ayələr 21, 25), Onun sədaqəti (ayə 22), Onun itaəti (ayə 23), Onun müqəddəsliyi (ayə 24), Onun mərhəməti (ayə 26), Onun asılılığı (ayələr 29, 30), Onun etibarı (ayə 31); qısası, Onun mükəmməlliyi (ayə 24). Həqiqətən də Atanın baxışı «saleh adam» üzərində tam məmnuniyyətlə dayana bilərdi (ayə 26).