Müqayisəolunmaz Məsih
Körpə ikən O, bir padşahı titrətdi; oğlan ikən O, həkimləri və professorları çaşdırdı, və yetkin ikən O, təbiətə nəzarət etdi. Onun nə taxıl sahələri, nə də balıqçılıq təsərrüfatları yox idi, lakin O, 5000 nəfərə yemək verdi və çörək və balıq artıq qaldı. O, saysız-hesabsız insanları dərmansız və ödənişsiz sağaltdı.