Məsihin günahlarımız uğrunda ölmək işinin (bizim Allahla barışmağımızı mümkün edən) bitməsi həyatımıza sevinc gətirir və bizi ibadətə ruhlandırır. Lakin Məsihin edəcəyi bir sıra digər çox vacib işlər də var və bunlar da bizi ibadətə yüksəldə bilər.
Qalxma
Qalxma zamanı Məsihin edəcəyi işlər olacaq: «Rəbb özü bir əmrlə, baş mələyin səsi ilə və Allahın şeypuru ilə göydən enəcək, Məsihdə ölənlər əvvəlcə diriləcəklər. Sonra biz, sağ qalanlar, onlarla birlikdə buludlarda Rəbbi havada qarşılamaq üçün yuxarı çəkiləcəyik. Beləliklə, biz əbədi olaraq Rəbblə olacağıq» (1 Saloniklilərə 4:16-17 İncil). Ölmüş möminlər diriləcək, sağ qalanlar dəyişəcək (1 Korinflilərə 15:51-54) və hamıya «Onun izzətli bədəni kimi» bədənlər veriləcək (Filipililərə 3:21).
Məsihin Mühakimə Kürsüsü
Sonra Məsihin «mühakimə kürsüsündə» (2 Korinflilərə 5:10) xidmətimizi qiymətləndirmək işi olacaq. Orada O, yaxşı işlərimiz hesab etdiyi hər şeyə görə mükafatlandırılacağıq (1 Korinflilərə 3:12-15). Sonra bütün sadiq qulluqçulara deyiləcək: «Gəlin və Ağanızın xoşbəxtliyini paylaşın» (Matta 25:21,23), hətta xidməti dəyərsiz hesab edilənlər də əbədiyyətdə Rəbblə birlikdə ola biləcəklər (1 Korinflilərə 3:15).
İsrailə Krallığın Bərpası
Məsihin «krallığı İsrailə bərpa etmək» (Həvarilərin İşləri 1:6) işi də olacaq və bunun vasitəsilə «yer üzündəki bütün xalqlar xeyir-dua alacaqlar» (Yaradılış 12:3). Bu vaxtdan əvvəl O, millətləri mühakimə edəcək (Matta 25:31-32) və Onun yer üzündəki krallığına kimin daxil olacağını müəyyənləşdirəcək. Bu vaxt bütün xristianlar artıq göydə olacaqlar; onlar «Onunla birlikdə hökm sürəcəklər» (2 Timoteyə 2:12).
Ölülərin Dirilməsi
Məsihin bütün dövrlərin xilas olmamış ölülərini diriltmək işi də olacaq. Bu iş Onun «qəbirlərdə olanların hamısı Onun səsini eşidəcək və çıxacaq» (Yəhya 5:28) peyğəmbərliyini yerinə yetirmək üçün lazımdır. Möminlər artıq dirilmişlər və indi yalnız «pislik edənlər mühakimə olunmaq üçün diriləcəklər» (Yəhya 5:29). Bu mühakimə işi Böyük Ağ Taxtda (Vəhy 20:11) ediləcək, orada onlar «etdiklərinə görə mühakimə olunacaqlar» (Vəhy 20:13). Məsih, ədalətli bir hakim olaraq, hər bir insanın cəzasını ədalətli edəcək. İmansızların cəza üçün mühakiməsi ilə xristianların mükafat üçün mühakiməsi arasında necə də böyük bir fərq var.
Son Düşməni Məhv Etmək
>«Sonra son gələcək, O, bütün hökmranlığı, hakimiyyəti və qüvvəti məhv etdikdən sonra krallığı Allah Ataya təhvil verəcək. Çünki O, bütün düşmənlərini ayaqları altına qoyana qədər hökm sürməlidir. Məhv ediləcək son düşmən ölümdür» (1 Korinflilərə 15:24-26). Bəşəriyyətin və Şeytanın etdiyi bütün pislikləri aradan qaldırmaq işi bitmiş olacaq ki, «Allah hər şeydə hər şey olsun» (1 Korinflilərə 15:28).
Son
O gün gələndə, Məsihin bütün işləri bitmiş olacaq. Necə də bir tərif və ibadət günü olacaq! İsanı Xilaskar və Rəbb kimi tanıdığımız üçün necə də minnətdar olmalıyıq!