Yakub qardaşlarına müraciət edir: Yəhudi sistemindən çıxmış, lakin onunla əlaqələrini hələ tamamilə qırmamış xristianlara. O, onları sınaqları «tamamilə sevinc» saymağa dəvət edir: ilk baxışdan bir-birinə uyğun gəlməyən sözlər. Lakin bəzi İbrani xristianlar bunu artıq reallıq kimi qəbul etmişdilər (İbranilərə 10:34). Onların təcrübəsi Pavelin bəyanatını təsdiqləyir: «biz həm də sıxıntılarda öyünürük: bilirik ki, sıxıntı səbir yaradır (inkişaf etdirir)» (Romalılara 5:3; müq. Koloselilərə 1:11). Başqa bir zahiri ziddiyyət var: səbir hələ sahib olmadığımızı gözləməyi nəzərdə tutsa da, Yakub əlavə edir: «heç nə istəməyən». Bizi həqiqətən də yoxsulluğa sala biləcək şey dünyəvi sərvət çatışmazlığı deyil, müdriklik çatışmazlığıdır. Odur ki, gənc Süleymanın nümunəsini izləyərək Rəbdən müdriklik istəyək (1 Krallar 3:9).
Kasıb olsa belə, bir xristianın heç bir şeyi əskik deyil, çünki onun Rəbb İsa var. Zəngin insan isə alçaldılsa da, Özünü heçə endirən və xaç ölümünə qədər təvazökar olanla birlikdə sevinə bilər. Tarlanın çiçəyi kimi keçib gedənlərə həsəd aparacağıqmı? Həyat tacını nəzərdə saxlayaq. Bu, sıxıntıya səbirlə dözənlərin, başqa sözlə, Rəbbi sevənlərin mükafatı olacaq (v. 12-nin sonu).
