Həmişə insanların Ona yaxınlaşmasına hazır olan Rəbb, girdiyi evi izdihamın doldurmasına icazə verir. O, hətta yeməyə vaxt tapmadan dərhal onlara dərs verməyə başlayır. Biz, tez-tez yadlara qapılarımızı açmağa, özümüzü narahat etməyə və ya vərdişlərimizi dəyişməyə az meylli olanlar, yorulmaz fədakarlıq və tam özünü inkar nümunəsini izləyək. Həmçinin unutmayaq ki, hətta arzuolunmaz bir qonaq da bizə göndərilə bilər ki, onun ruhunun xilasından danışaq.
Bəzi insanlar 29-cu ayənin mənası ilə bağlı narahatdırlar. Onlar qorxurlar ki, bəlkə də təsadüfən heç vaxt bağışlanmayacaq bir günah sözü söyləmişlər. Bu, Allahın lütfünü yanlış anlamaqdır. «Oğulu İsa Məsihin qanı bizi bütün günahlardan təmizləyir» (1 Yəhya 1:7). Müqəddəs Ruha qarşı küfr, imansız İsrailin dəhşətli günahı idi. Bu insanlar Rəbb İsada olan Müqəddəs Ruhun gücünü Şeytana aid edirdilər. Bu, son dərəcə ciddi və sağlam düşüncənin tam əksi idi (v. 26).
Sonuncu paraqrafda Rəbb Öz ailəsinin üzvləri hesab etdiyi şəxsləri açıq şəkildə qeyd edir. Allahın iradəsini yerinə yetirmək, Rəbb İsaya qulaq asmaq idi və hələ də belədir.