İman edən təkcə ruhunun susuzluğunu yatıra bilməyən dünyanın quraqlığını yaşamır (Zəbur 63:1), həm də dünya adamlarının düşmənçiliyini hiss edir. Onlar dillərini qılınc kimi ona qarşı itiləyirlər (müq. Zəbur 55:21; Zəbur 57:4). Sadiqlik həmişə imansızların nifrətini oyadıb. Biz buna təəccüblənməməliyik, əksinə, davranışımızın onların ittihamlarını əsaslandırmaq üçün heç bir zəmin yaratmamasına diqqət yetirməliyik. O qılınca və o iti oxlara qarşı salehlik zirehini geyinək (yəni, qüsursuz davranış; Efeslilərə 6:14; 1 Peter 2:12) və şər təzahürlərinin hamısını «hikmət mülayimliyi» ilə qarşılayaq (Yaqub 3:13). Onda Allah bizim işimizə baxacaq (Romalılara 12:17-19).
«Onları kim görəcək?» salehlərin düşmənləri demişdilər (ayə 5; həmçinin bax Zəbur 10:11; Zəbur 59:7). Ah, lakin Allah görür! Onun araşdıran baxışı ürəyin dərinliklərindəki pisliyi və hiyləgərliyi görür (ayə 6). Və qəfil buraxılan və mükəmməl insana qarşı yönəldilən oxa (bu «acı sözlərə») cavab olaraq, O, doğru an gəldikdə Öz oxunu hazırlayır ki, Öz xilas etdiklərini eyni qəfildən xilas etsin (ayə 7).