Paul ilk məktubunun təsir etməsi üçün Korinfə səfərini təxirə salmışdı. Allaha şükürlər olsun ki, vicdan həm yığıncaqda, həm də kənarlaşdırılmalı olan adamda ümid edilən işi görmüşdü. Lakin indi Korinflilər başqa bir təhlükə ilə üzləşirdilər: tövbə edən günahkara qarşı lütf göstərməyi unutmaq. Onlar qınanılan tolerantlıqdan sevgisiz sərtliyə keçmişdilər. Şeytan bizi həmişə bir ifratdan digərinə atmağa hazırdır. Onun planlarını həyata keçirmək üçün müxtəlif üsulları var ki, bunlar dəyişmir: Məsih üçün şəhadəti silmək və insanları öz nəzarətində saxlamaq. O, hətta dünyada o qədər adi olan özü haqqında zarafatlardan istifadə edir ki, insanlara qorxulu planlarını unutdursun. Odur ki, şeytan və onun gücü haqqında bütün boş söhbətlərə qarşı ayıq olaq.
Korinflilər haqqında narahatlığında həvari, onlardan xəbər gətirən Titusu qarşılamaq üçün möhtəşəm bir məhsul sahəsini tərk etmişdi. Lakin Paul getdiyi hər yerdə «Məsihin şirin ətrini» yaydığı düşüncəsi ilə təsəlli tapır. Bu ətir bizi tanıyan hər kəsə hiss olunurmu? Və xüsusilə Allaha hiss olunurmu?
