Sadiq İsraillilər uzun müddət Anti-Məsihin ardınca gedən xalq kütləsi ilə qarışmış olacaqlar, lakin uyğun anda Allah onları ayırd edə biləcək və Öz qullarına mükafat verəcək. Sonra onlar əzablarını unudacaq və «ürək sevinci ilə oxuyacaqlar» (14-cü ayə).
Biz də, Allahın övladları, dünyanı indiki kimi tanımayanlar, Onun şanlı zühurunda Rəbb tərəfindən və Onunla birlikdə aşkar olunacağıq (1 Yəhya 3:1-2). Sevincimiz az olacaqmı?
Allah yeni göylər və yeni yer yaradacaq. Biz hələ indiki kainatın 2 Peter 3:13 və Vəhy 21:1-də danışıldığı kimi yeni elementlərlə əvəz olunmasından danışmırıq, lakin min illik hökmranlıq dövründə həm göylər, Şeytanın varlığından azad olmuş, həm də yer, Rəbbə tabe olaraq, yeni bir vəziyyətdə olacaq. Yaradılış qurtuluşu biləcək (Romalılara 8:22). İnsan ömrü uzanacaq: yüz il bir uşağın yaşı olacaq və ölüm yalnız müstəsna bir cəza olacaq (Süleymanın Məsəlləri 2:22; Zəbur 37:9). Hətta heyvanların qəddar instinktləri də yox olacaq (25-ci ayə).